Aqrar Sığorta Fondunun rəhbərliyinə yeni təyinatlar oldu - Kimlərə vəzifə verildi?

img

08-02-2020 [23:29]


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun İdarə Heyəti (İH) formalaşdırılıb.

Fuad Sadıqov İH-nin sədri, Firdovsi Ağaşirinov isə İH-nin sədr müavini təyin olunub.

F.Sadıqov vaxtilə ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Sığorta bazarına nəzarət departamentinin direktoru olub, son vaxtlar isə nazirliyə məxsus "Aqrolizinq" ASC-nin İH-nin sədr müavini çalışıb.

F.Ağaşirinov isə bundan əvvəl Palatanın adıçəkilən departamentinin Qeyri-həyat infrastrukturuna nəzarət idarəsinə rəhbərlik edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA