"Həmin şəxsə zorla vəsiqələri vermək lazımdır" - MSK sədri kimə mesaj verdi?

img

07-02-2020 [17:44]


“Dairədə olan qanun pozuntuları ilə bağlı birinci Mərkəzi Seçki Komissiyasına müraciət etmək lazımdır, məhkəməyə yox”.

Bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 22 saylı Nəsimi seçki dairəsindən namizədliyi qeydə alınmış şəxs müşahidəçi vəsiqələrini Dairə Seçki Komissiyasına versə də, bunun qəbul edilmədiyini iddia edib və bununla bağlı məhkəməyə müraciət edib.

MSK sədrinin sözlərinə görə, belə görünür ki, həmin namizəd məhkəmə həvəskarıdır: “Belə olan halda, həmin şəxsə zorla vəsiqələri vermək lazımdır. Onun deyəsən, başqa məqsədləri var. Adını hansısa hesabatlara saldırmaq niyyəti daşıyır. O hansısa statistik göstəricilərə xidmət edir”.

Qeyd edək ki, iclasda hansı namizəddən söhbət getdiyi barədə məlumat verilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA