Gürcüstan mal-qara ixracına məhdudiyyət qoydu

img

07-02-2020 [16:16]


Gürcüstanda mal-qaranın ixracına məhdudiyyət təsdiq olunub.

Yeni qaydalara əsasən ixraca yönələn iribuynuzlu mal-qaranın çəkisi 140 kiloqramdan 200 kiloqrama qədər artırılıb.

Gürcüstanın Milli Qida Agentliyindən bildirilib ki, yeni qaydalar heyvandarlıq sahəsinin inkişafı, məhsulların istehsalının artırılması və emal sənayesi sahəsində yeni iş yerlərinin yaradılmasına kömək edəcək.

Qeyd edək ki, Azərbaycan Gürcüstandan iri buynuzlu mal-qara idxal edən əsas ölkələrdən biridir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA