Gürcüstanda ruhi xəstə monastrda qətl törətdi

img

05-02-2020 [19:49]


Gürcüstanın Qardabani rayonunun Martkopi kəndindəki monastrda qətl hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, dini ibadət yerində bir nəfər boğaz hissəsindən ölümcül yaralanıb.

Gürcüstan Patriarxlığından bildirilib ki, monastrda məskunlaşan evsiz şəxs digərini öldürərək hadisə yerindən qaçıb.

Qətli törədən şəxsin ruhi xəstə olduğu bildirilib.

Gürcüstanın DİN faktla bağlı qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA