"31 saylı Suraxanı ikinci seçki dairəsi ciddi nəzarətdə saxlanılacaq" - MSK-dan daha bir açıqlama

img

05-02-2020 [17:56]


"31 saylı Suraxanı ikinci seçki dairəsi ciddi nəzarətdə saxlanılacaq".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədr Məzahir Pənahov deyib.

"Səsvermə günü dairədə olan bütün prosesləri ciddi nəzarətdə saxlayacağıq", - MSK sədri əlavə edib.

Xatırladaq ki, bu gün MSK-nın iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb və MSK F.Quliyevə xəbərdarlıq edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA