"Bu iyrənc və nifrət doğuran hərəkətdir” - Hadı Rəcəbli seçkidən geri çəkilməsi haqda yayılan xəbərdən danışdı
02-02-2020 [16:01]
Beş çağrış Milli Məclisin deputatı, 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadi Rəcəblinin Milli Məclisə deputat seçkisindən imtina etməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Sosial şəbəkələrdə yayılan məlumatlar müzakirələrə səbəb olub.
Mia.az xəbər verir ki, Modern.az məsələnin dəqiqliyini yoxlamaq üçün öncə 74 saylı Lənkəran seçki dairəsi ilə əlaqə saxlayıb. DSK-dan saytımıza bildirildi ki, yayılan xəbərlər yalandır: “Hadı Rəcəbli namizədliyini geri götürməyib. Yayılan xəbərlər həqiqəti əks etdirmir”.
Deputatlığa namizəd Hadı Rəcəbli açıqlmasında haqqında yayılanlara sərt cavab verib:
“Seçki mübarizəsi həmişə problemlərlə müşaiyət olunur. Nə edəsən ki, bu problemlərin içərisində təxribat yalan olmasın?! Mənim haqqımda çox iyrənc formada və ustalıqla hazırlanmış material yayılıb. Bunu da kimin yayması ilə bağlı araşdırma aparılır. Hesab edirəm ki, bu iyrənc və nifrət doğuran hərəkətdir”.
Deputatlığa namizəd telefonunun hər zaman açıq olduğunu da qeyd edib:“Mənim telefonum həmişə açıq olur. Bu məlumatı yaymamışdan öncə mənimlə əlaqə saxlamaq olardı. Yaxud da Dairə Seçki Komisiyasından da məsələni dəqiqləşdirmək mümkün idi. Ancaq bunların heç birini etmədən belə məlumat yayıblar. Seçki prosesində buna oxşar iyrənc işlər olur, amma bu qədər nifrət doğuran əməllər olmur”.
Hadı Rəcəbli belə bir məlumatın kimlər tərəfindən yayılmasına da aydınlıq gətirib: “Mənimlə seçkiyə qatılan vətənə və dövlətə satqın olan bəzi namizədlər bu məlumatı öz səhifələrinə yerləşdiriblər. Guya Hadı Rəcəbli artıq ortada yoxdur. Beləliklə də bunların meydanı genişlənib.
Bir daha deyirəm. Mən partiyamın əsgəriyəm, partiyamın dəstəyi ilə seçkiyə qatılmışam. Cənab prezidentim, xalqım, xüsusən də lənkəranlılar mənim arxamda durub. Məni tanıyanlar o cür insanları söyüşlə təhqir edirlər ki, Hadı Rəcəbli kimi bir adamı bu formada aşağılamaq olmaz. Bu bir daha onu göstərir ki, tərəf müqabilləri zəifdirlər. Onlar ancaq yalanlardan və iftiralardan istifadə etməklə məşğuldurlar. Biz də deyirik. Biz seçkiyə qatılmışıq. Bizə dəstək verən adamlar ayaq üstədirlər. Hamısı böyük məmnuniyyətlə Hadı Rəcəblinin deputat seçilməsini istəyirlər. Proqnozlar göstərir ki, Hadı Rəcəbli qalib gələcək”.
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi