MTN-nin tutduğu Pərviz Həşimlinin “tapança”lı fotosu

img

18-09-2013 [10:36]


Jurnalist Pərviz Həşimlinin MTN tərəfindən həbs olunmasının səbəbləri ilə bağlı ehtimallar irəli sürülüb. "Qafqazinfo” xəbər verir ki, bu gün sosial şəbəkələrdə aparılan müzakirələrdə P. Həşimlinin həmkarları onun Facebookda paylaşdığı bir fotoya görə həbs edildiyi iddia olunur. Sözügedən fotoda jurnalist əlində silah tutub. P. Həşimliyə qarşı irəli sürülən iki maddənin biri məhz qanunsuz silah əldə etmə ilə bağlıdır.

Məsələnin maraqlı tərəfi odur ki, bu foto Facebooka 2011-ci il avqustun 23-də yerləşdirilib. Foto yerləşdiriləndən sonra jurnalist yazıb: "Hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzərinə - Bu silah mənə aid deyil, biləsiniz...”.

Gözüaçıq Facebook istifadəçilərindən biri iə fotoya yazıb: "Ruslar demiş tembole, qanunsuz olaraq silah gəzdirmə. Maddə 228 -üç ilədək müddətə azadlıqdan məhrum etmə. Necedi sənin üçün, yarayar?”.

Daha bir istifadəçi iə yazıb: "Mütəxəssis kimi, tam məsuliyyətlə bildirirəm ki, ilkin olaraq şəkildən belə bir qənaətə gəlmək olar ki, bu döyüş silahıdır. Bir sözlə aydınlaşdırmağa əsas var. Hazırlaşın yoldaş Həşimli, bu günlərdə Sizi aidiyyəti yerə dəvət edəcəklər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR