"Rusiya və Azərbaycana kimlə dostluq etməli olduğumuzu sırımağa çalışırlar" - Zaxarovadan maraqlı açıqlamalar

img

24-01-2020 [16:57]


“Mədəniyyətlərin dialoqu mədəniyyətlərin və adət-ənənələrin kənardan məcburi yeridilmədiyi, nəyin doğru, nəyin yanlış olduğunun zorla qəbul elətdirilmədiyi zaman olur”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda Bakıda keçirilən "dəyirmi masa"da deyib.

“Mədəniyyətlərin dialoqu bir-birinə hörmət və millət, ölkə olaraq fərqli olsaq da, ortaq fikir axtarışıdır. Mədəniyyətin bu tərəfini inkişaf etdirməliyik. Həm Rusiya, həm də Azərbaycan başqalarının sonsuz sayda məsləhətlər verdikləri, necə yaşamalı, nəyi dəyişməli, keçmişdən nəyi saxlamalı, kimlə ünsiyyət qurmalı və dostluq etməli olduğumuzu sırımağa çalışdığı vəziyyətlə qarşılaşır. Ənənələri qoruyaraq ortaq dəyərlər tapmaq – bax, budur mədəniyyətlərin dialoqu”, - o, bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR