Gürcüstanın Mərkəzi Seçki Komissiyası Azərbaycana müşahidəçilər göndərəcək

img

22-01-2020 [10:48]


Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan MSK-dan fevralın 9-da keçiriləcək parlament seçkilərinə müşahidəçilərin göndərilməsi ilə bağlı dəvət alıb.

Bunu Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze deyib.

Onun sözlərinə görə, Gürcüstan MSK Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır: “Nümayəndə heyətində komissiyanın sədr müavini Giorgi Şarabidze və katibi Giorgi Cavaxişvili təmsil olunacaqlar. Heyətə komissiyanın digər əməkdaşlarının da əlavə olunacağı nəzərdə tutulub”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA