“AzerGold” QSC 2019-cu ildə vergi ödənişlərini artırıb

img

21-01-2020 [17:44]


2019-cu ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasilat göstəriciləri 55 min unsiya qızıl və 103 min unsiya gümüş olub.

QSC-dən Mia.az-a verilən məlumata görə, bu göstərici 2018-ci il ilə müqayisədə 9.74 min unsiya (21.3%) qızıl və 25.74 min unsiya (33.2%) gümüş çoxdur: "2019-cu ildə “AzerGold” tərəfindən beynəlxalq bazarda 59.6 min unsiya qızıl və 110.9 min unsiya gümüş satılıb. Bu göstərici isə 2018-ci il ilə müqayisədə 14.6 min unsiya (33%) qızıl və 34.6 min unsiya (47%) gümüş çoxdur.

“AzerGold” QSC-nin hasilat və satış göstəricilərində olduğu kimi, bütün növ vergi ödənişlərində də artım qeydə alınmışdır. Belə ki, 2019-ci ildə dövlət büdcəsinə ümumilikdə 13 487 739 AZN vəsait ödənilib. Ötən il bu məbləğ 12 644 465 AZN təşkil etmişdir. 2019-cu ildə büdcə ödənişləri ötən illə müqayisədə 843 274 AZN, yəni 6.67 % artıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA