MSK: "112 beynəlxalq, 30 min nəfər isə yerli müşahidəçi akkreditasiyadan keçib"

img

21-01-2020 [17:17]


Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki,  seçkilərlə əlaqədar indiyə qədər 30 min 231 nəfər də yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 1012 müşahidəçi MSK-da,  29 min 219 nəfər isə DSK-larda akkreditasiyadan keçib".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA