25 yaşlı Ağdam sakini güllələndi

img

20-01-2020 [21:14]


Mingəçevirdə 25 yaşlı gənc odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Hadisə Heydər Əliyev prospektində, köçkün şəhərciyinin yanında baş verib. Belə ki, magistral yolun kənarında iki nəfər arasında başlayan mübahisə daha sonra münaqişəyə çevrilib.

Nəticədə, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Mirzəyev Ziyad Ələddin oğlu odlu silahdan açılan atəş nəticəsində döş qəfəsi nahiyəsindən xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi hələ məlum deyil. İlkin məlumata əsasən, hadisəni törədən şəxs də digər qəsəbədə yaşayan məcburi köçkündür.

Faktla bağlı araşdırma aparılır.  /APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA