ƏLİ ƏSƏDOV NAZİR və KOMİTƏ SƏDRLƏRİNİ TOPLADI - Müşavirə + FOTO
GÜNDƏM
17.01.2020, 18:06
Bu gün Nazirlər Kabinetində Prezident İlham Əliyevin yanvarın 13-də keçirdiyi müşavirədə hökumətə tapşırıqlarının icrası ilə əlaqədar iclas keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, ilk müşavirə qeyri-rəsmi məşğulluğun leqallaşdırılması məsələsinə həsr olunub.
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov bildirib ki, Prezident İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə hökumət qarşısında 25-dən çox tapşırıq qoyub: "Nazirlər Kabineti bu tapşırıqları sistemləşdirib və həyata keçirilməsi üçün Tədbirlər planı hazırlayıb, bununla bağlı müvafiq Sərəncam imzalanıb".
Baş Nazir Əli Əsədov deyib ki, Prezident İlham Əliyev müşavirədə qeyri-formal məşğulluğun qarşısının alınması və şəffaflığın genişləndirilməsini xüsusi vurğulayıb və bu müşavirə Prezidentin tapşırıqlarının icrası üçün keçirilən ilk iclasdır.
Baş Nazir qeyd edib ki, son 2 ildə Dövlət Sosial Müdafiə Fonduna ödəmələrin 37 faizdən çox artması aparılan islahatın real göstəricisidir. Görülən işlərin nəticəsində vergi bazası da genişlənməkdədir: “Amma, Azərbaycan Prezidentinin siyasi iradəsi belədir ki, bu iş daha da güclənməlidir”.
Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həlli ilə bağlı bu günədək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verən Baş Nazirin müavini, Komissiyanın sədri Əli Əhmədov deyib ki, son 15 ildə ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə enib: “Tədbirlər planı 5 bölmədən 36 maddədən ibarətdir. İndiyədək həmin maddələrin 18-i tam, 7-si qismən icra edilib, 11 maddə üzrə işlər mütəmadi icra olunacaq. Ümumilikdə görülmüş işlər müsbətdir. 2017-ci ilin ikinci yarısından 2019-cu ilin sonunadək ümumilikdə 300 minədək əmək müqaviləsinin artımı müşahidə olunub. İlbəil dinamikanın artması da yaxşı göstəricidir. Təkcə 2019-cu ildə bu göstərici 153 min olub. Həmin 300 minədək artım ümumilikdə məşğul əhalinin faiz etibarilə artımının 21,2 faizi deməkdir".
Əmək və sosial hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə məruzə edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki: “2019-cu ildə 153 min əmək müqavilələrinin artımının 99 mini məhz özəl sektorun payına düşür”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə qeyd edib ki, qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində 2019-cu ildə yerlərdə bir çox operativ vergi tədbirləri keçirilib: "İl ərzində 7294 pozuntu fakt aşkarlanıb və qanunvericilyə uyğun olaraq ilk hal olduğu üçün sahibkarlara yazılı xəbərdarlıq olunub. Lakin bundan nəticə çıxarmayaraq təkrarən belə addım atan şəxslərə 268 min manat maliyyə sanksiyası tətbiq olunub, 27 fakt üzrə cinayət işi açılıb. İl ərzində vergi orqanlarının xətti ilə sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz artaraq 2 milyard 931 milyon manat təşkil edib, proqnoz 105,8 faiz icra olunub”.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, ötən 2 ildə Komissiyanın fəaliyyəti nəticəsində mühüm nailiyyətlər əldə olunub, çox güclü institusional baza yaradılıb: "Real nəticələr görülən işlərin dinamikasinda da özünü göstərir. Dövlət Statistika Komitəsi İqtisadiyyat və Əmək və Əhalinin Sosila Müdafisəi nazirlikləri ilə birgə razılaşdırılmış metodologiya əsasında qeyri-formal məşğulluğun səviyyəsinin qiymətləndirilməsi üzrə təhlillər aparılıb. Bu təhlillərə beynəlxal ekspertlər cəlb olunub və beynəlxalq metodologiya əsasənda hazırlanıb".
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib: “Təhlillər göstərir ki, qeyri-leqal məşğulluğun yüksək olduğu sahələrdən biri də tikinti sahəsidir. 2017-2019-cu illərdə bu sahədə 171 monitorinq həyata keçirilib, 170 min 600 əmək müqaviləsi imzalınıb ki, onların 90 min 451-i və ya 45 faizi sırf bu monitorinqlər nəticəsində işəgötürənlər tərəfindən bağlənmış müqavilələrdir. Yəni monitorinqlər bu sektorda 45 faiz əmək müqavilələrinin rəsmiləşdirilməsinə imkan yaradıb”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qeyd edib ki, tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində komitə tikintiyə dair verdiyi icazələr, icazə alımış hüquqi və fiziki şəxslər barədə məlumatları Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinə göndərir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev qeyd edib ki, son dövrlərdə əmək hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda görülən işlər Beynəlxalq Əmək Təşkilatında yüksək qiymətləndirilir.
Müzakirələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli, Daxili işlər nazirinin müavini İsmət Əliyev, Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev iştirak ediblər.
Sonda məsələni nəzarətdə saxlamaq, vaxtaşırı hesabat hazırlanması üçün müvafiq qurumlara tapşırıqlar verilib və Prezidentin tapşırığına əsasən sıx koordinasiyanın vacibliyi qeyd edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Bugün, 00:01 GÜNDƏM
-
Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu ünvanlayıb - MƏTN
14.06.2026, 23:50 GÜNDƏM
-
Azərbaycan Prezidentinin köməkçisi Dilicanda - VİDEO
14.06.2026, 21:04 GÜNDƏM
-
Ermənistan MSK seçkinin yekun nəticələrini açıqladı - Paşinyan hökuməti təkbaşına formalaşdıracaq
14.06.2026, 19:42 GÜNDƏM
-
Xəzər dənizinə sədd çəkənlər: onlar kimə güvənir? - VİDEO
14.06.2026, 19:21 CƏMİYYƏT
-
Tehrandan ABŞ-a xəbərdarlıq: "Yaxşı polis, pis polis rolunu buraxın" - "Ya öhdəliyə əməl edin, ya da..."
14.06.2026, 18:05 SİYASƏT
-
Hikmət Hacıyev Ermənistanda - Armen Qriqoryanla nələr müzakirə edilib? (FOTO)
14.06.2026, 17:18 GÜNDƏM
-
Xidmət çilingərləri 480-540, "Qəza-Dispetçer"in növbə çilingərləri 900-1100, növbə ustaları 1600-1700 manat... - Komitə sədri "Azəriqaz"dakı anormal iş qrafiki və maaşdan yazır
14.06.2026, 13:21 İQTİSADİYYAT
-
VI "Yüksəliş" müsabiqəsi: İdarəetmə bacarıqları imtahanı keçirilib
14.06.2026, 13:05 GÜNDƏM
-
Sabah yağış yağacaq
14.06.2026, 12:06 CƏMİYYƏT
-
Nazirlik Hidayət Orucovun vəfatı ilə bağlı açıqlama yaydı
14.06.2026, 10:17 MƏDƏNİYYƏT
-
DÇ-2026: Türkiyə 2 qolla məğlub oldu
14.06.2026, 10:00 İDMAN
-
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
14.06.2026, 09:03 GÜNDƏM
-
DÇ-2026: Qətər son dəqiqədə məğlubiyyətdən xilas oldu
14.06.2026, 01:17 İDMAN
-
Hidayət Orucov vəfat edib
14.06.2026, 00:06 GÜNDƏM
-
Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü (Yenilənib)
13.06.2026, 21:12 MƏDƏNİYYƏT
-
Abşeron xəstəxanasında "monopoliya" iddiası: 1 həkim 1 günə 121 xəstəni necə qəbul edir? - AÇIQLAMA + FOTO
13.06.2026, 20:08 CƏMİYYƏT
-
Montella: “Mühüm üstünlüyə sahib olmağa çalışacağıq”
13.06.2026, 18:08 İDMAN
-
İran XİN: “ABŞ-la razılaşma yaxın günlərdə ola bilər”
13.06.2026, 17:56 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə yenə narkotik keçirmək istəyiblər
13.06.2026, 17:07 KRİMİNAL
-
Prokurorluq gömrükdə əməliyyat keçirdi - 4 vəzifəli şəxs qandallandı, ikisi qadındır (YENİLƏNİB)
13.06.2026, 16:55 GÜNDƏM
-
Aldanmış başqan və ya atadan oğlundan imtina ərizəsi...
13.06.2026, 15:11 İDMAN
-
Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus bankla bağlı qərar verildi
13.06.2026, 15:07 İQTİSADİYYAT
-
Nazir məzunların köynəyini bir-bir imzaladı - VİDEO
13.06.2026, 12:32 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Kral III Çarlza təbrik məktubu göndərdi - MƏTN
13.06.2026, 12:02 GÜNDƏM
-
2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır
13.06.2026, 10:32 CƏMİYYƏT
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinində yoxlama necə bitib?
13.06.2026, 09:59 CƏMİYYƏT
-
Hikmət Hacıyev: "Bu, mənim üçün böyük şərəfdir"
13.06.2026, 09:08 SİYASƏT
-
DÇ-2026: Kanada bərabərliyə razılaşdı, ABŞ darmadağın etdi
13.06.2026, 08:01 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13.06.2026, 00:03 CƏMİYYƏT
-
CHP-nin daha iki “ağır top"u istefa verdi
12.06.2026, 22:25 SİYASƏT
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
12.06.2026, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
12.06.2026, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
12.06.2026, 20:06 İDMAN