Abşeron xəstəxanasında "monopoliya" iddiası: 1 həkim 1 günə 121 xəstəni necə qəbul edir? - AÇIQLAMA + FOTO
CƏMİYYƏT
13.06.2026, 20:08
Məsələ ilə bağlı TƏBİB-in sorğumuza cavabını təqdim edirik:
Abşeron Rayon Mərkəzi Xəstəxanasında həkimlər arasında xəstə bölgüsü mövcud normativ tələblərə, ixtisas uyğunluğuna və xəstələrin seçim hüququna əsasən həyata keçirilir.
Sorğuda qeyd olunan Terapiya şöbəsinin müdiri, həkim-terapevt Rəsmiyyə Atakişiyevanın bir gün ərzində 121 xəstə qəbul etməsi faktına aydınlıq gətirmək istərdik.
Qeyd edilən göstəriciyə sağlamlıq arayışları ilə bağlı müraciətlər də daxildir. Xəstəxana üzrə daxili əmrlə sağlamlıq arayışlarının rəsmiləşdirilməsi üzrə məsul şəxs Rəsmiyyə Atakişiyeva təyin olunub. Bununla yanaşı, digər terapevtlər də müvafiq arayışların verilməsi prosesində iştirak edirlər. Sağlamlıq arayışlarının rəsmiləşdirilməsi üzrə hər hansı əlavə maliyyə bonusu və ya qazanc nəzərdə tutulmur.
Arayışlarla bağlı müraciətlər nəzərə alınmadıqda, Rəsmiyyə Atakişiyevanın gündəlik ambulator xəstə qəbulu orta hesabla 30-35 nəfər təşkil edir ki, bu da terapevtik xidmət göstərən həkimlər üçün qəbul edilən iş yükü çərçivəsindədir.
Terapiya şöbəsində mövcud olan 40 çarpayı üzrə xəstə bölgüsü xəstələrin diaqnozu, klinik vəziyyəti və ixtisaslaşma istiqamətləri nəzərə alınmaqla aparılır. Reanimasiya şöbəsindən köçürülən və xüsusi nəzarət tələb edən ağır xəstələrə şöbə müdiri tərəfindən birbaşa nəzarət həyata keçirildiyindən, belə hallarda həmin xəstələrin şöbə müdirinin kurasiyasında olması təbii və zəruri hesab edilir.
Bununla yanaşı, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, hər bir pasiyentin həkim seçmək hüququ mövcuddur. Bu səbəbdən müəyyən dövrlərdə bəzi həkimlərə müraciət sayının daha yüksək olması mümkündür.
Qeyd edilməlidir ki, stasionar şəraitdə müalicə alan 14 xəstənin eyni vaxtda şöbə müdirinin kurasiyasında olması daimi göstərici deyil və xəstələrin sayında klinik vəziyyətə, hospitalizasiya dinamikasına və pasiyent seçiminə uyğun olaraq dəyişikliklər baş verir.
Abşeron Rayon Mərkəzi Xəstəxanasında xəstə bölgüsü şəffaflıq, tibbi göstərişlər və pasiyent hüquqları prinsipləri əsasında həyata keçirilir.
xxx
Bir müddət əvvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasının qalmaqallı direktoru Səkinə Sadıxova vəzifəsindən azad olunsa da, xəstəxanada Səkinə xanımın izləri hələ də qalmaqdadır.
Dövlət tibb müəssisələrində hər həkimin ixtisasından asılı olaraq təyin edilən günlük xəstə limiti var. Abşeron Rayon Mərkəzi Xəstəxanasında isə bu limitlər birtərəfli qaydada pozulub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasında bir gündə 121 xəstə qəbul edən həkim var. Xüsusi vurğulamaq lazımdır ki, bir həkimin bu qədər xəstə qəbul etməsinə əsas səbəb heç də həkim çatışmazlığı deyil, digər həkimlərin xəstə qəbul etməsinə şərait yaradılmır.
Abşeron RMX-da şöbə müdiri olan həkimlər xəstəxana daxilində "monopolya" yaradaraq xəstələrin əsas hissəsini özləri qəbul edirlər.
Məsələn, xəstəxananın terapiya şöbəsinin müdiri həkim-terapevt Rəsmiyyə Atakişiyeva təkcə ötən gün ərzində 121 xəstə qəbul edib. Terapiya şöbəsində də ən çox xəstə məhz Rəsmiyyə xanımın payına düşür. Stasionar şəraitdə müalicə olunanlardan 14-ü xəstə Rəsmiyyə Atakişiyevanın xəstəsidir.

Şöbədə olan digər həkimlərin isə xəstələri ya ümumiyyətlə yoxdur, ya da 1-2 nəfərdir.
Xəstaxanadakı digər şöblərdə də bənzər statistika hökm sürür, stasionar müalicəyə cəlb olunan xəstələrin çox hissəsi eyni həkimlər (şöbə müdirləri) arasında bölüşdürülür.
Məsələn:
Nevropatoloq Mətanət Hüseynova - 7 xəstə
Kardiloq Nurtac Ağazadə - 9 xəstə
1 həkimin 1 günə 121 xəstə qəbul etməsi fiziki cəhətdən (hər xəstəyə 3-5 dəqiqə düşür) qeyri-mümkündür. Bəs şöbə müdirləri niyə bu qədər xəstəyə baxmaq üçün canfəşanlıq edirlər?
Bu hallar əsasən İcbari Tibbi Sığorta (İTS) vəsaitlərini qeyri-qanuni mənimsəmək məqsədilə qurulan saxtakarlıq sxemləri nəticəsində baş verir. Sadə formada desək, rəsmi qaydada daha çox xəstəsi olan, daha çox pul qazanır.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının hazırki baş həkimi Fərrux Sədirov isə aparılan balansız xəstə bölgüsünə heç bir müdaxilə etmir.

Məsələ burasındadır ki, digər həkimlərə qarşı haqsızlıq tək xəstə bölgüsü ilə yekunlaşmır. Gecə növbələrinin bölüşdürülməsi zamanı da həkimklər şöbə müdirləri tərəfindən haqsızlığa məruz qalırlar.
Məsələn 14 yataq xəstəsi olan şöbə müdiri Rəsmiyyə Atakişiyeva heç bir halda gecə növbəsinə qalmır, heç bir xəstəsi olmayan digər həkimlər isə ard-arda gecə növbəsinə qalmalı olurlar.
Xatırladaq ki, bir neçə həftə öncə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor təcrübəli cərrah Hacı Lətifov təyin edilib. Ümid edirik ki, Səhiyyə sistemində aparılan islahatların tərkib hissəsi olaraq, tezliklə Abşeron Rayon Mərkəzi Xəstəxanasında da dəyişikliklər olacaq.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb - FOTOLAR (YENİLƏNİB)
Bugün, 18:35 GÜNDƏM
-
"Xankəndi" hotelinin açılışı oldu -FOTOLAR
Bugün, 18:02 İQTİSADİYYAT
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 18:01 CƏMİYYƏT
-
İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub - FOTOLAR
Bugün, 16:03 GÜNDƏM
-
RƏSMİ BAKININ SÜRƏTLİ MÜDAXİLƏSİ: İsrail qondarma erməni soyqırımı oyunundan niyə geri çəkildi? - TƏHLİL
Bugün, 14:36 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:34 GÜNDƏM
-
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında - FOTOLAR
Bugün, 11:09 GÜNDƏM
-
Prezident İlham Əliyev Laçında - "Həkəriçay" su anbarının təməli qoyuldu + FOTOLAR
Bugün, 11:00 GÜNDƏM
-
Zakir Həsənov Türkiyədə Ərdoğanla bir arada - FOTOLAR
Bugün, 10:31 SİYASƏT
-
Monteneqroda törədilmiş ağır cinayət... - Azərbaycanda DNT tədqiqatı aparılıb
Bugün, 10:02 KRİMİNAL
-
DÇ-2026: İspaniya Belçikanı 2 qolla məğlub etdi
Bugün, 08:54 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
ŞKTR prezidenti xəstəxanaya yerləşdirildi - Rəsmi tədbirdə qəfildən halı pisləşib
10.07.2026, 23:26 GÜNDƏM
-
Xəzərdə batan qızın axtarışı davam edir
10.07.2026, 21:13 CƏMİYYƏT
-
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTOLAR
10.07.2026, 20:36 GÜNDƏM
-
Donald Tramp: “İrana çox aydın şəkildə “atəşkəs bitdi” dedik”
10.07.2026, 19:53 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
10.07.2026, 19:32 GÜNDƏM
-
12 milyon manatlıq qalmaqal - Kəmaləddin Heydərovun oğlu məhkəmədə ifadə verdi
10.07.2026, 19:19 SİYASƏT
-
Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək (YENİLƏNİB)
10.07.2026, 18:58 SİYASƏT
-
Dəfn mərasimində bunu da gördük – Məzar açıldı, rəqqas meyitlə rəqs elədi (FOTO)
10.07.2026, 18:44 DÜNYA
-
Cinsi təcavüz, narkotik... - Türkiyədə məşhur aparıcını 266 il həbs gözləyir
10.07.2026, 18:31 PRESS
-
“FİFA MESSİNİ FİNALA GƏTİRMƏK ÜÇÜN HƏR ŞEYİ EDİR” – Mbappe də dilə gəldi
10.07.2026, 18:14 İDMAN
-
Özgür Özəl bu tarixdə partiyasını elan edir - "Yeni təşkilata azı 100 deputat qatılacaq”
10.07.2026, 18:08 SİYASƏT
-
Əli Əsədov "Ərzaq təminatı xəritəsi" barədə qərar imzalayıb
10.07.2026, 18:00 İQTİSADİYYAT
-
Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
10.07.2026, 17:57 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olunub?
10.07.2026, 17:47 İQTİSADİYYAT
-
Bakıda və İsmayıllıda ağaclar qanunsuz kəsilib
10.07.2026, 17:34 CƏMİYYƏT
-
"O, 9 yaşından tələbəmdir, mən evdə olmayanda da bizə gəlib-gedir" - Mənsum İbrahimov
10.07.2026, 17:31 MƏDƏNİYYƏT
-
Avropa İttifaqı ölkələrində əhali artır - Son statistika
10.07.2026, 17:29 DÜNYA
-
TƏBİB rəhbərindən daha bir - Təyinat
10.07.2026, 17:20 CƏMİYYƏT
-
ABŞ və İran arasında danışıqlar başlayır – Qətər tərəfləri bir araya gətirir
10.07.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
10.07.2026, 17:00 İQTİSADİYYAT
-
Altıncı "Yüksəliş" müsabiqəsində 130 nəfər finala vəsiqə qazanıb
10.07.2026, 16:45 CƏMİYYƏT
-
"Qaradağ Şüşə Zavodu" özəlləşdirilib
10.07.2026, 16:28 İQTİSADİYYAT