İcbari tibbi sığorta: xidmətlər zərfinə nələr daxildir?
16-01-2020 [21:04]
2020-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılıb. Bu sistemin tətbiqi istiqamətində növbəti addım Nazirlər Kabinetinin icbari tibbi sığorta üzrə xidmətlər zərfinin təsdiq edilməsidir.
Mia.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Məsumə Talibova təsdiq edilmiş sənədin detallarını Azərtac-a şərh edib.
Analitik bildirib ki, sənəd “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-17.4-cü maddəsinə əsasən hazırlanıb. Xidmətlər zərfində icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri, sığorta limitləri, tibbi xidmətlərin göstərilməsi şərtləri, müştərək maliyyələşmə məbləğləri, habelə gözləmə müddətləri barədə məlumatlar öz əksini tapıb. Sənədin əlavəsində təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım xidmətləri üzrə tibbi xidmətlərin detallı siyahısı və tarifləri müəyyən edilib.
Xidmətlər barədə dəqiqləşdirmələrə nəzər saldıqda qeyd etmək olar ki, ilkin səhiyyə xidməti bu istiqamət üzrə xidmət göstərən dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərə göstərilir və sığorta ödənişi şəxslərin sayına əsasən ödənilir. Bu xidmət ailə həkimi tərəfindən ambulator qəbul (tibb müəssisəsində tibbi müşahidə və müalicə tələb olunmayan) və ya evdə xidmət şəklində göstərilir. Evdə xidmət şəxsin bilavasitə yaşayış ünvanında həyata keçirilir.
Təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsindən kənar, o cümlədən ambulator və stasionar şəraitdə sığortaolunana göstərilən tibbi yardım icbari tibbi sığorta təminatına daxildir.
Təcili və təxirəsalınmaz tibbi xidmətin göstərilmə şəraitindən asılı olaraq, xidmətin maliyyələşdirilməsi ilə bağlı şərtlərinə gəldikdə isə, ambulans xidmətinin maliyyələşdirilməsi müvafiq ərazi vahidlərində yaşayan əhalinin (qeydiyyatda olan şəxslərin) sayına görə, tibb müəssisəsində ambulator və stasionar şəraitdə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmət isə müvafiq tariflərə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi mümkün olmadıqda, tibb müəssisəsi öz maliyyə vəsaiti hesabına sığortaolunanın həmin tibbi yardımı göstərən digər tibb müəssisəsinə göndərilməsini təmin edir.
Xidmətlər zərfinə əsasən sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibbi göstəriş olduğu hallarda göstərilir.
Analitik bildirib ki, ixtisaslaşdırılmış ambulator tibbi xidmətin göstərilməsi şərtlərinə də xidmətlər zərfində aydınlıq gətirilib. Belə ki, bu xidmət ailə həkiminin göndərişi (səlahiyyətləri çərçivəsində) və ya ixtisaslı həkimin göndərişi əsasında həyata keçirilə bilər. İxtisaslı ambulator xidmət, eləcə də instrumental diaqnostik və laborator müayinələr göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq sığortaolunana göstərilməlidir. Sığortaolunan ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə və ya tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə ambulator şəraitdə ixtisaslı həkimə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 manat və tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə isə hər bir sığorta hadisəsinə görə - 15 manat öz vəsaiti hesabına ödəniş etməlidir. Ailə həkiminin göndərişi olmadan ixtisaslı həkimə yalnız hamilə qadınların ginekoloji tibbi xidmətlər üzrə müraciətinə icazə verilir. Sığortaolunanın ixtisaslı həkimə müraciət etdiyi tarixdən 21 gün ərzində eyni tibb müəssisəsinə eyni ixtisaslı həkimə eyni səbəbdən təkrar müraciət edərsə bu xidmətə görə tibb müəssisəsinə əlavə sığorta ödənişi həyata keçirilmir.
Sığortaolunan ambulator şəraitdə göstərilən MRT və KT xidmətinə görə hər müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəyir.
İxtisaslaşdırılmış stasionar tibbi xidmətin həyata keçirilməsi şərtləri də təsdiq olunmuş sənəd də müəyyən olunub. Şərtlərə əsasən bu xidmət ixtisaslı həkimin göndərişi əsasında və ya təcili və təxirəsalınmaz tibbi yardımın müşayiət vərəqəsi əsasında həyata keçirilir. Sığortaolunan stasionar tibbi xidmətdən istifadə etmək üçün eyni tibb müəssisəsinə, eyni ixtisaslı həkimə və eyni səbəbdən 45 gün ərzində təkrar müraciət edərsə, həmin müraciət üzrə göstərilən stasionar tibbi xidmətə görə tibb müəssisəsinə əlavə sığorta ödənişi ödənilmir. Stasionar tibbi xidmətin göstərilməsi zamanı ambulator şəraitdə göstərilən tibbi xidmətlərin dəyəri stasionar tibbi xidmətin tarifinə daxildir (maqnit-rezonans tomoqrafiyası, kompüter tomoqrafiyası istisna olmaqla).
Sığortaolunan göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 5 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə - 30 manat, sığortaolunan göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 15 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə - 90 manat öz hesabına ödəməlidir.
Stasionar terapevtik və stasionar cərrahi tibbi xidmətlərin göstərilməsi şərtlərinə gədikdə isə, stasionar terapevtik tibbi xidmətin tarifi qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə, stasionar cərrahi tibbi xidmətin tarifi isə tibbi göstəriş olan cərrahi müdaxilənin proseduru seçilməklə müəyyən edilir. Eyni anesteziya ilə bir neçə cərrahi müdaxilələrin həyata keçirildiyi halda, stasionar cərrahi tibbi xidmətə görə sığorta ödənişi aşağıdakı şərtlər əsasında hesablanır:
- eyni anesteziya növü və eyni anatomik nahiyə üzrə bir neçə əməliyyatın aparılması tələb olunarsa- dəyəri ən yüksək olan cərrahi əməliyyat əsas hesab olunmaqla - tarifin 100 faizi həcmində, dəyərinə görə 2-ci əməliyyat üzrə 50 faizi, 3-cü və daha çox əməliyyatlar üzrə isə 25 faizi həcmində;
- eyni anesteziya növü və müxtəlif anatomik nahiyə üzrə bir neçə əməliyyatın aparılması tələb olunarsa - dəyəri ən yüksək cərrahi əməliyyat olan əsas hesab olunmaqla dəyəri tarifin 100 faizi həcmində, 2-ci əməliyyat üzrə 70 faizi həcmində, 3-cü və daha çox əməliyyatlar üzrə isə 25 faizi həcmində;
Stasionar şəraitdə tibbi xidmətin göstərilməsinə başlanıldıqdan sonra 24 saat ərzində sığortaolunanın evə yazıldığı hallarda, xidmətlər zərfində müəyyən edilmiş stasionar cərrahi tibbi xidmət üçün tarifin 80 faizi, stasionar terapevtik tibbi xidmət üçün isə tarifin 20 faizi həcmində hesablanır və ödənilir.
Sığorta olunana stasionar şəraitdə müalicə aldığı zaman eyni səbəbdən həm stasionar terapevtik, həm də stasionar cərrahi tibbi xidmət tələb olunduğu təqdirdə, sığorta ödənişi stasionar cərrahi xidmətin tarifi ilə hesablanır və ödənilir.
Yanıq və donvurma zamanı tələb olunan stasionar terapevtik tibbi xidmətlərin tarifinə, digər stasionar terapevtik xidmətlərdən fərqli olaraq, həmin səbəbdən sığortaolunanın müalicəsi üçün tələb olunan cərrahi müdaxilələrin dəyəri də daxildir.
İxtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadığı təqdirdə, tibbi xidmət göndəriş vərəqəsi və tibbi göstəriş əsasında ixtisaslaşdırılmış tibbi yardımı göstərə bilən digər tibb müəssisəsinə köçürülməklə aşağıda qeyd olunan şərtlərlə həyata keçirilir:
- sığorta hadisəsinin başlanılması müddətindən 24 saat ərzində aşkarlanarsa, müvafiq tibbi xidmət üçün nəzərdə tutulmuş tarifin 10 faizi köçürən tibb müəssisəsinə və müvafiq olaraq stasionar terapevtik tibbi xidmətin tarifinin 90 faizi, cərrahi tibbi xidmətin tarifinin isə 100 faizi sığortaolunanın köçürüldüyü tibb müəssisəsinə ödənilir;
- sığorta hadisəsinin başlanılması müddətindən 24 saat sonra aşkarlanarsa, müvafiq tibbi xidmət üçün nəzərdə tutulmuş tarifin 20 faizi köçürən tibb müəssisəsinə və müvafiq olaraq stasionar terapevtik tibbi xidmətin tarifinin 80 faizi, cərrahi tibbi xidmətin tarifinin isə 100 faizi sığortaolunanın köçürüldüyü tibb müəssisəsinə ödənilir.
- stasionar şəraitdə (terapevtik və cərrahi) aparılan müalicənin fəsadlaşması və ağırlaşması nəticəsində sığortaolunan digər tibb müəssisəsinə köçürüldüyü halda, köçürən tibb müəssisəsinə sığorta ödənişi həyata keçirilmir, sığortaolunanın köçürüldüyü tibb müəssisəsinə isə sığorta ödənişi müvafiq tibbi xidmət üçün nəzərdə tutulmuş tarifin 100 faizi hesablanmaqla ödənilir.
Stasionar tibbi xidmətin göstərilməsi zamanı göndəriş vərəqəsi əsasında digər tibb müəssisəsində müayinələr aparıldığı hallarda, sığorta ödənişi həmin müayinələrin tarifi stasionar tibbi xidmətin tarifindən çıxılmaqla hesablanır və göndəriş verən tibb müəssisəsinə ödənilir.
Planlı stasionar tibbi yardım xidməti üçün müraciətlərə koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq xidmət göstərilməlidir.
Koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsini tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri də xidmətlər zərfində yer alıb. İkitərəfli ağır dərəcəli sensonevral eşitmə azlığı olan sığortaolunanlara koxlear implantasiya əməliyyatı aşağıdakı şərtlərlə göstərilir:
- təminat anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanın yaş həddi 5 yaş, sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanların yaş həddi 40 yaş kimi olan şəxslərə şamil edilir;
- eşitmə aparatının istifadəsi (minimum 3, maksimum 6 ay);
- əməliyyatdan sonra effektivliyin yüksək olması üçün dil hazırlığı təlimlərində iştirakı.
Onu da qeyd etmək lazımdır ki, xidmətlər zərfinə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bir təqvim ili ərzində 300 koxlear implantasiya əməliyyatları sayının icbari tibbi sığorta fondunun vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.
Oynaqdaxili endoprotezlərin yerləşdirilməsinə gəldikdə isə bu xidmət ixtisaslı həkim rəyi və müvafiq müayinənin nəticələri əsasında diaqnozun müəyyənləşdirilməsindən sonra yalnız diz oynağı və bud-çanaq oynaqdaxili endoprotezlərinə şamil olunur. Agentlik tərəfindən bu xidmət üzrə də əməliyyatlarının sayı 300 olaraq müəyyən edilir.
“Bakcell” lotereyasında 2-ci “Zeekr 001” səni gözləyir!
ABŞ bu ölkəyə 3 F-35 verdi
Ağdamda skelet qalıqları tapılıb
Bu gün şagird yerdəyişməsinə start verilir
Əli Əsədov bu Agentliyə yeni səlahiyyət verdi - QƏRAR
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
Bakıda Azərbaycan, Rusiya və İran üçtərəfli görüşü olub, yeni sənəd imzalanıb - "3+3" regional məşvərət mexanizmi..." (Yenilənib)
İnam Kərimov: "Məhkəmə müstəqilliyi bir imtiyaz deyil, həm də məsuliyyətdir" - "...o, hakimin daxili dürüstlüyü və mənəvi inamı..."
Azərbaycan nefti cüzi ucuzlaşıb
FETÖ-yə qarşı əməliyyat: imtahanlara müdaxilə etməkdə şübhəli bilinən şəxslər tutulub
İsrail 13 iordaniyalı məhbusu da azad edib
Qəzza zolağında evinə baxmaq istəyən şəxs güllələnib
Reklam Agentliyinin əməkdaşlarına hücum olub - VİDEO
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
İordaniya Kralı: "İki dövlətli həll prinsipi həyata keçirilməsə, bölgə məhvə məhkumdur"
Qətər əmiri: "Sülh sammitindən çox ümidliyik"
Daha bir QHT sədrinə cinayət işi açılıb
Kürdəmirdə ər arvadına 10 bıçaq zərbəsi vurub
SOCAR-da daha bir dəyişiklik - "Azneft"in direktoru yola salındı
DÇ-2026: Azərbaycan - Ukrayna oyununda 3 qol var (Yenilənib)
Ərdoğan Misirdən ayrıldı
"Eyüpspor"un yeni baş məşqçi ilə anlaşıdı - 3 illik müqavilə ilə
Gürcüstan millisinin baş məşqçisi: "Bura qələbə üçün gəlmişik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: Türkiyə-Gürcüstan matçının gəliri Qəzzaya bağışlanacaq.
Vinçenzo Montella: "Berke Özer üzərində çox dayanmayacağam"
Kerem Aktürkoğlu: "Qələbə pley-off şanslarımızı artıracaq"
CHP-də növbəti istefa - Zonguldak Qadın Təşkilatı sədri istefa verib
İlham Əliyev Misirdə: Qəzza üzrə yekun atəşkəs sazişi imzalandı - "Bu, dünya üçün böyük bir gündür" (VİDEO, Yenilənib)
"Yaxın Şərqdə sülh!!! Tarix yazılır!!!" - Hikmət Hacıyev
Sabah bu ərazilərdə qaz olmayacaq
İLHAM ƏLİYEVLƏ TRAMP GÖRÜŞDÜ: "Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi?" - Misirdə + VİDEO, FOTOLAR
İsrail 1900-ə yaxın fələstinli məhbusu azad edib - Onlardan 154 ömürlük məhbus olub
“Sədərək”də reklam qurğuları sökülüb
Azərbaycan-Pakistan-Türkiyə parlament sədrləri görüşdü - İslamabadda + FOTO (Yenilənib)
Türkiyədə 105 kq narkotik tutulub - Həbslər var
Sumqayıt Dövlət Universitetinə 40 əcnəbi tələbə axtarılır - Bunu təşkil edənə isə 103 min manat veriləcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan və Rusiyanın Baş nazirlərinin müavinləri Bakıda bir araya gəldilər - Nələr müzakirə olunub?
Kino Agentliyi “Nurgün Motors”a 10 min ödəyəcək
İlham Əliyev bu ölkələrin liderləri ilə görüşüb - Misirdə
ƏLİYEVİN TƏKLİFİ və ya TDT ORDUSUNUN AYAQ SƏSLƏRİ... - Təhill