Əli Əsədov "Təbirlər planı"nı" təsdiqlədi, vəzifəli şəxslərə yeni tapşırıqlar verdi - CƏDVƏL
16-01-2020 [19:27]
Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nı təsdiq edib.
Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulan icraçılara müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etmək və görülmüş işlər barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə
Tədbirlər Planı
|
Sıra №-si |
Tədbirin adı |
İcraçılar |
İcra müddəti |
|
1 |
2 |
3 |
4 |
|
1. Maliyyə-bank sektoru |
|||
|
1.1. |
Büdcə xərclərinə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün təkliflərin təqdim edilməsi |
Maliyyə Nazirliyi |
2020-ci ilin mart ayınadək |
|
1.2. |
Xarici borcun tərkibi təhlil olunaraq səviyyəsinin azaldılması, restrukturizasiyası (o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi) və xarici kreditlərin alınmasına zərurət yaranarsa qabaqcıl beynəlxalq texnoloji və müasir standartlara cavab verən layihələrin həyata keçirilməsi barədə təkliflərin təqdim edilməsi |
Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2020-ci ilin aprel ayınadək |
|
1.3. |
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın və investisiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim edilməsi |
Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank |
2020-ci ilin aprel ayınadək |
|
1.4. |
Bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi |
Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi |
2020-ci ilin sonunadək |
|
1 |
2 |
3 |
4 |
|
1.5. |
Bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi |
Mərkəzi Bank |
2020-ci ilin iyul ayınadək |
|
2. İqtisadi artımın dayanıqlılığı |
|||
|
2.1. |
Dövlət investisiya proqramı hazırlanarkən başlanılmış investisiya layihələrinin başa çatdırılmasının prioritetləşdirilməsi |
İqtisadiyyat Nazirliyi |
2020-ci ilin sonunadək |
|
2.2. |
Dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən layihələrin, o cümlədən infrastruktur layihələrinin real sektora olan təsirinin qiymətləndirilməsinin nəticələrinin təqdim edilməsi |
İqtisadiyyat Nazirliyi |
2020-ci ilin aprel ayınadək |
|
2.3. |
Uzunmüddətli qeyri-neft ixracı strategiyasının hazırlanması |
İqtisadiyyat Nazirliyi |
2020-ci ilin iyul ayınadək |
|
2.4. |
Emal sənayesinin inkişafı, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı istiqamətində təkliflərin təqdim edilməsi |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi |
2020-ci ilin aprel ayınadək |
|
2.5. |
Beynəlxalq təcrübə nəzərə alınmaqla, əhali artımının iqtisadi artımla uyğunluğunu nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanması |
İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi |
2020-ci ilin oktyabr ayınadək |
|
2.6. |
Özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təkliflərin təqdim edilməsi |
İqtisadiyyat Nazirliyi |
2020-ci ilin may ayınadək |
|
2.7. |
Kiçik və orta biznesin inkişafına dəstəyin gücləndirilməsi |
İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank |
2020-ci ilin sonunadək |
|
2.8. |
Tütün və tütün məmulatlarının istehsalının artırılması, həmin məmulatların idxalının azaldılması istiqamətində müvafiq tədbirlərin görülməsi və nəticələri barədə hesabatın təqdim edilməsi
|
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2020-ci ilin sonunadək hər rüb |
|
1 |
2 |
3 |
4 |
|
2.9. |
İpəkçilik sahəsinin inkişafı istiqamətində konsepsiya layihəsinin təqdim edilməsi |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2020-ci ilin may ayınadək |
|
|
|
|
|
|
2.10. |
Toxuculuq məhsullarının istehsalının təşkili və əlavə dəyər zəncirinin yaradılması barədə təkliflərin təqdim edilməsi |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2020-ci ilin iyul ayınadək |
|
2.11. |
Turizmin inkişafı sahəsində mövcud vəziyyətin hərtərəfli təhlil olunması və turist axınının artırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərin təqdim edilməsi |
Dövlət Turizm Agentliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC |
2020-ci ilin aprel ayınadək |
|
2.12. |
Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlb edilməsi |
Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC |
2020-ci ilin sonunadək |
|
3. Beynəlxalq iqtisadi əməkdaşlıq |
|||
|
3.1. |
Hökumətlərarası Komissiyaların fəaliyyəti çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsi barədə təkliflərin təqdim edilməsi |
Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2020-ci ilin sonunadək |
|
3.2. |
Azərbaycan məhsullarını ixrac etmək məqsədilə yerli şirkətlərin xarici ölkələrdə fəaliyyəti və yerli şirkətlərin xarici ölkələrdə tenderlərdə iştirakı istiqamətində yeni imkanların araşdırılması, nəticələri əsasında təkliflərin təqdim edilməsi
|
Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2020-ci ilin sonunadək |
|
1 |
2 |
3 |
4 |
|
3.3. |
Beynəlxalq nəqliyyat dəhlizləri üzrə infrastruktur layihələrinin icrası |
İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi |
2020-ci ilin sonunadək |
|
4. Sosial tədbirlərin gücləndirilməsi |
|||
|
4.1. |
Kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflərin təqdim edilməsi |
İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Statistika Komitəsi |
2020-ci ilin may ayınadək |
|
4.2. |
Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı koordinasiyanın gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi |
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası |
2020-ci ilin sonunadək |
|
4.3. |
Sığorta fəaliyyəti, o cümlədən daşınmaz əmlakın icbari sığortası barədə vətəndaşların maarifləndirilməsi |
Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi |
2020-ci ilin sonunadək |
|
4.4. |
Şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2020-ci ilin sonunadək |
|
1 |
2 |
3 |
4 |
|
5. Gömrük sahəsi |
|||
|
5.1. |
Gömrük sərhəd keçid məntəqələri üzrə infrastrukturun yaxşılaşdırılmasına dair təkliflərin təqdim edilməsi |
Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti |
2020-ci ilin aprel ayınadək |
|
5.2. |
Gömrük sərhəd keçid məntəqələrində gömrük orqanlarının vəzifəli şəxslərinin etik-davranış qaydaları üzrə maarifləndirmə işlərinin aparılması |
Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti |
2020-ci ilin sonunadək |
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu