PA şöbə müdirinin müavini: "Seçkilər daha çevik, peşəkar deputat korpusunun formalaşmasına xidmət edəcək"

img

16-01-2020 [10:44]


"Qarşıya qoyulan vəzifələrə nail olmaq üçün dövlət idarəçilik institutlarının müasir və yenidən qurulması zəruridir".

Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.

O bildirib ki, hazırki parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına xidmət edəcək.

PA rəsmisi qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar ödənişli təşviqata 40-a yaxın KİV cəlb edilib.

“Medai nümayəndələri seçkiləri obyektiv işıqlandırmalıdır”, - S.Yusifova əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR