Subsidiyalar nə vaxt və necə veriləcək? - KTN-dən açıqlama
15-01-2020 [14:00]
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı proses davam edir. Hazırda fermerlərin sistemə daxil etdiyi torpaq sənədlərinin və payızlıq əkin məlumatlarının yoxlanılması aparılır.
Kənd Təsərüfatı Nazirliyindən Mia.az-a verilən məlumata görə, payızlıq əkinlərlə bağlı subsidiyaların verilməsi yoxlamaların tamamlanması ardıcıllığına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Artıq ilkin sənəd qəbulundan sonra hesablanmış subsidiya məbləğləri barədə məlumatı ehtiva edən elektron bəyannamə-ərizələr fermerlərin şəxsi kabinetlərinə göndərilib.
Bununla bağlı fermerlərin mobil nömrələrinə müvafiq SMS göndərilib və onlar şəxsi kabinetə bildiriş göndərilməsi ilə bağlı məlumatlandırılıblar. Elektron bəyannamələr fermer tərəfindən 3 gün ərzində təsdiqlənmədiyi təqdirdə avtomatlaşdırılmış qaydada təsdiqlənəcək və yoxlamaya mərhələsinə yönləndiriləcək. Bu məlumatlarla razı olmayan fermer elektron kabineti vasitəsilə müraciət edə, yaxud DAİM-lərə gəlib təklif və ya şikayətini təqdim edə bilər.
Qeyd edək ki, yoxlamalar - sənədlər əsas götürülməklə: a) inteqrasiya vasitəsilə digər qurumlardan əldə edilən məlumatlarla uzlaşdırma, b) peyk yoxlaması, c) aidiyyəti orqanlara sorğuların göndərilməsi, d) yerində yoxlamalar vasitəsilə həyata keçiriləcək. Yoxlama nəticəsində yekun subsidiya məbləği dəqiqləşdirilmiş olacaq, fərqliliklər barədə fermerlərə bildirişlər göndəriləcək. Burada əhəmiyyətli olan doğru torpaq sənədinin təqdim edilməsi və həmin torpaq ərazisində əkilən bitki hektarı və növü barədə doğru informasiyanın sistemə təqdim edilmiş olmasıdır. Kənarlaşmalar barədə qəbul edilən yeni Qaydaya uyğun tədbirlər görüləcəkdir.
Çoxillik əkmələrlə bağlı edilən bəyanlara uyğun olaraq hesablamaların, yoxlamaların aparılması və optimal müddətdə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilib. Hər bir fermer üçün sənədlərini təqdim etdiyi torpaq sahələrində əkdiyi və bəyan etdiyi bitki növü üzrə baza məbləğinə əmsal tətbiq edilməklə əkin subsidiyası hesablanır.
Əkin subsidiyası veriləcək bitkilər üzrə əmsallar barədə artıq Aqrar Subsidiya Şurası tərəfindən qərar qəbul edilərək ictimaiyyətə elan edilib (http://akia.gov.az/az/single/36). Fermerlər bu subsidiya məbləğini 2019-cu ildən onların istifadəsinə verilən kalkulyator http://akia.gov.az/az/calc/ vasitəsilə öyrənə bilirlər.
Nəzərə alınmalıdır ki, pambıq, tütün, fındıq, çəltik, çay bitkilərinin istehsalı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən rayonlar üzrə dəstəklənir. Burada məqsəd qeyd edilən bitkilərin yüksək məhsuldarlıq əldə edilən və ya edilə biləcək rayonlar üzrə istehsalının dəstəklənməsidir.
Xatırladaq ki, əkin subsidiyası üzrə növbəti yenilik damcı suvarma sistemi ilə təmin olunmuş yeni intensiv meyvə bağlarına daha yüksək əmsalla (2-4 arası) dəstəyin müəyyən edilməsi və bu dəstəyin ilk 4-5 il ərzində davam etməsidir. Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Əkin subsidiyası üzrə xidmətin reqlamenti https://www.dxr.az/xidmet/6E6B75BE-5ADF-47F7-A327-BA0F02653E16/23A0CB12-5A60-C311-BF0D-6C3BE51E53F1 ünvanında vətəndaşların diqqətinə təqdim edilib.
Kamran Sadıxlı yeni vəzifəyə gətirildi
Zaqatala-Balakən zonasını böcəklər basıb
"Daim məşğul olan nazirin bu qurumla münasibətləri daim soyuq olub, indisə..." - Ekspert maraqlı faktları sadaladı
2025-ci il tibb üzrə Nobel mükafatını onlar aldı - SİYAHI
Viktor Orban Azərbaycana gəlib (Yenilənib)
İstanbulda bərə estakadaya belə çırpıldı - VİDEO
CHP-də daha bir istefa olub
Ersin Tatar Qəbələyə gəlib - FOTO
Qarabağ bölgəsində daha 1 432.8 hektar ərazi minalardan təmizlənib
Bərdədə zavodda partayış: cinayət işi başlanıb
Sabah yağış yağacaq
Sevil Əliyevanın oğlu evlənib - FOTOLAR
İKİ PROREKTOR VƏZİFƏDƏN AZAD EDİLDİ - Nazirdən dəyişikliklər
Dünən hökumət qurdu, bu gün istefa verdi - Fransaın baş naziri getdi
Prezident Qəbələdə Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib - Nələr müzakirə olunub?
Türkmən xalqının Milli Lideri Qəbələyə gəlir
İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib - FOTO
TƏHSİLİMİZ ÜÇÜN BİR İTKİ - Məktəb direktoru vəfat edib
Azərbaycanda qrip yayılıb - Vaksinasiya kampaniyası başlayır
"Nar"ın dəstəyi ilə inklüzivliyi təşviq edən "Bütün Vücudlar Danışır" layihəsinin hesabat tədbiri baş tutdu - FOTOLAR
TƏLƏBƏ YOLDAŞLARI, ONLARIN ÖVLADLARI... - Nazirlikdə mühim post tutanlar niyə narahat olublar?
Yadigar Muradovun vəziyyəti ağırdır
İndoneziyada məktəb binası uçub - 49 nəfər ölüb
Öcalanın parlamentdə dinlənilməsi, MHP "hə" dedi, Ərdoğanın müşaviri isə... - "Bu, dinləmə danışıqlar demək deyil"
Əmək pensiyaları ilə bağlı qərar imzalandı - Nələr olacaq?
ABŞ daha iki hərbi gəmini yola saldı, savaş qapısı döyülür - Maduro Papadan kömək istədi, Lavrov isə...
Baş nazir Əli Əsədov yeni qərar imzalayıb
"Əgər kart hesabınızda şübhəli əməliyyatlar, icazəsiz çıxarışlar..." - DİN-dən xəbərdarlıq
Ərdoğan Azərbaycana səfərə hazırlaşır
Nuri Şahin: "Ağır olacaq, ancaq bəzi daşları yerinə oturdacağıq"
İctimai fəal Rail Abbasov Ali Məhkəməyə şikayəti verib
Şavkat Mirziyoyev Azərbaycana gəlir
"Rəhbərliyə dedim ki, veriliş bağlanmasın" - Xoşqədəm Hidayətqızı
Türkiyə super liqası: "Qaziantep FK" qalib gəldi
Qəzzada aclıq: ölənlərin sayı 460-a çatdı
ABŞ-da gecə klubu atəşə tutulub - 2 nəfər ölüb, 12 yaralı var
İsrail hələ də Qəzzanı bombalayır - Ölənlər var
"AAAF park" yaşayış kompleksində yanğın olub