Səlahəddin Dəmirtaş azadlığa buraxılır - Hökumət AİHM-qərarına etiraz etməyəcək

img

06-10-2025 [13:30]


HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş azadlığa buraxılır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə qərar oktyabrın 8-də icraya yönəldiləcək.

Məlumata görə, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Türkiyə hkumətinə onun oktyabrın 8-dək həbsdəna zad edilməsini tələb edən qərarı göndərib: "Əgər həmin günə qədər hökumət bu qərara etiraz etməzsə, zaman o, azadlığıa çıxacaq"

Türkiyə mediasi siyasl qurumlara istnadla bildirir ki, AK Partiya iqtidarı ölkədə başlayan "barış prosesi" zəmində qərara etiraz  etməyəcək: "Etiraz olmazsa, AHİM-in qərarı ilə razılaşmaq demək olacaq və qərar icraya yönləndiriləcək".

Xatırladaq ki, S.Demirtaşın həbsdən azad olunması ilə yanaşı, İstanbulun İmralı adasında ömürlük cəza çəkən PKK lideri Abdulla Öcalanla da parlamentdə videotelefon bağlantısı ilə dinləmə keçirilməsi gözlənilir.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA