Xanhüseyn Kazımlı səs-küyə səbəb olan məktubundan danışdı: "Orda nə imzamız, nə də möhürümüz var"

img

10-01-2020 [15:28]


V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı sosial şəbəkələrdə onun adından yayılan məktub barədə açıqlama verib.

Mia.az-ın məlumatına görə, Qaynarinfo-ya açıqlamasında millət vəkili bildirib ki, nə özü, nə partiyası Prezident İlham Əliyevin adına belə bir müraciət ünvanlamayıb: "Biz həm partiya olaraq, həm də bir millət vəkili kimi hər zaman cənab prezidentin kursunu dəstəkləmiş, tövsiyyələrini əsas götürmüşük. Dövlət başçısının islahat kursuna sadiqik və faliyyətimizdə bu tezisləri əsas götürürük.

Yayılan müraciətə gəldikdə isə, o saxtadır, kimlərsə tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılıb. Həmin müraciətin şəklinə diqqətlə baxanda, orda fotoşopun izlərini aydın şəkildə görmək olur. Göründüyü kimi, orda nə imzamız, nə də möhürümüz var".

Digər xəbərlər
SON XƏBƏRLƏR