Türkiyə prezidenti: "“Türk axını” tarixi bir layihədir"

img

08-01-2020 [18:01]


“Türk axını” təbii qaz boru kəmərinin sayəsində 15 milyon evin illik təbii qaz ehtiyacını birbaşa ödəmiş olacağıq.

Bunu “Türk axını” kəmərinin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, bu gündən başlayaraq Türkiyənin 81 şəhərinə tam olaraq təbii qaz çatmış olacaq: “Türk axını” rusiyalı dostlarımızla birlikdə çox böyük əmək sərf edərək yekunlaşdırdığımız tarixi bir layihədir. Hazırda  53 milyon vətəndaşımız təbii qazdan istifadə edir. Həyata keçirdiyimiz bu layihənin açılışı ilə bu say günbəgün artacaq”.

Türkiyə prezidenti bildirib ki, “Türk axını” qaz boru kəməri yeni dövrün rəmzi layihələrindən biri olacaq/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA