ATƏT PA parlament seçkilərinə müşahidə missiyası göndərəcək

img

08-01-2020 [16:03]


“ATƏT Parlament Assambleyası (PA) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycana seçki müşahidə missiyası göndərmək niyyətindədir”.

Bunu ATƏT PA-nın mətbuat xidmətinin rəhbəri Nat Perri deyib.

O bildirib ki, müşahidə missiyasının göndərilməsi məsələsi hələ planlaşdırma mərhələsindədir.

“Ona görə də, Parlament Asambleyasının müşahidəçilər heyətinin neçə nəfərdən ibarət olacağını söyləmək çətindir. Lakin iki il əvvəl keçirilən prezident seçkiləri üçün təxminən 50 müşahidəçimiz Azərbaycana səfər etmişdi. Çox güman ki, bu seçkidə də oxşar rəqəm olacaq.

Bildiyiniz kimi, tərəfdaş təşkilatımız ATƏT/DTİHB 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçini göndərməyi nəzərdə tutub”, - deyə ATƏT PA-nın sözçüsü qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA