İqbal Ağazadə ilə Rauf Arifoğlunun potensial rəqibi geri çəkildi -  Deputat seçkiyə qatılmayacaq

img

30-12-2019 [16:48]


Parlament seçkilərinin bir neçə deputatlığa iddialının eyni dairədən namizədliyini irəli sürməsi səbəbindən gərgin və maraqlı keçəcəyi məlumdur.

Mia.az xəbər verir ki, 35 saylı III Xətai seçki dairəsində də belə olacağı çübhəsizdir. İndiyədək Ümid Partiyasının sədri İqbal Ağazadə və "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu bu dairədən namizədliklərini irəli sürüblər.

Bundan əvvəlki seçkilərdə isə həmin dairədən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deputat mandatı qazanmışdı. Bir müddət əvvəl xəstələndiyindən onun yenidən namizədliyini irəli sürüb-sürməyəcəyi məlum deyildi.

Keçmiş deputat bununla bağlı Lent.az -a açıqlama verib. O, növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini bildirib: “Seçkilərə qatılmayacağam, çünki səhhətimlə bağlı yaranan problem buna imkan vermir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA