İSBAM sədri BAXCP sədri Qüdrət Həsənquliyevlə rəqib olacaq

img

26-12-2019 [00:52]


İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli qarşıdan gələn parlament seçkilərində BAXCP sədri Qüdrət Həsənquliyevlə rəqib olacaq.

Mia.az xəbər verir ki, o, Azinforum.az-a açıqlamasında namizədliyini 36 saylı Xətai dördüncü seçki dairəsindən irəli sürəcəyini təsdiqləyib:

“Qüdrət bəy sonuncu dəfə mənim doğulub, boya başa çatdığım Ordubaddan deputat seçilmişdi. Mən böyük məmnuniyyətlə onunla həmin dairədən yarışacağımızı gözləyirdim. Amma nədəndirsə, Həsənquliyev bu dəfə ordan şansını sınamaq istəməyib. Əminəm ki, Azərbaycanın istənilən bölgəsində onun üzərində parlaq qələbə qazanmaq gücündəyəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA