"O biri icra başçıları tutulanlardan dərs çıxarmalıdır" - Fəzail Ağamalıdan məmurlarla xəbərdarlıq
25-12-2019 [10:17]
Prezident İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə müsahibəsində ictimaiyyəti maraqlandıran bir sıra məsələlərə toxundu. Ölkə prezidentinin xüsusilə ictimaiyyətdə “kiçik padşahlar” kimi də adlandırılan icra başçılarına xitabən söylədikləri diqqət çəkib.
Prezident bildirib ki, verilən tapşırıqlara zidd hərəkət edən məmurlar bundan sonra da çox sərt şəkildə cəzalandırılacaqlar: “Mənim təşəbbüsümlə biz hər rayonda ictimai ödənişli iş yerləri yaratdıq, vətəndaşlara, heç olmasa, minimum əmək haqqı səviyyəsində məvacib verilsin deyə. Beləliklə, ölkə ərazisində 40 minə yaxın belə ictimai iş yeri var. O mənada ictimai ki, ictimai işlərlə məşğul olur, haradasa təmizlik işləri, bərpa işləri ilə. Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara. O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı?
Ona görə, bax, bu, onu göstərir ki, bu, məmurun mənəvi deqradasiyasıdır, bu, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun. Dövlət məmuru olmaq istəyirsənsə, vicdanla xidmət et dövlətə. Yox sən dövlət vəzifəsinə gəlir mənbəyi kimi baxırsansa, heç getmə o vəzifəyə. Çünki bədbəxt olarsan. Bunu anlamayanlar, hesab edirəm, anlamalıdırlar ki, yeni dövrdə, yeni çağırışlar qarşısında olan ölkədə başqa cür ola da bilməz. Biz ölkəmizdəki vəziyyəti daha da sağlamlaşdırmalıyıq və xoşagəlməz hallara qarşı mübarizə bundan sonra da aparılacaq. Eyni zamanda həm mətbuatdan, həm ictimaiyyətdən mən həm dəstək görürəm, həm də ki, onlar mənə bu işdə kömək edirlər”.
Bu haqda “Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirib ki, ölkə prezidentinin jurnalistlərə müsahibəsində kifayət qədər ciddi və maraq kəsb edən mesajlar var: “Tamamilə əminəm ki, bu, bütün Azərbaycan xalqını maraqlandıran, onları düşündürən məsələləri özündə ehtiva etdi. Ölkə prezidenti ilin yekunları ilə bağlı əldə etdiyimiz uğurların üzərində lakonik şəkildə dayandı. Azərbaycanda həyata keçirilən islahatların və geniş miqyas daşıyan yeniliklərin mahiyyətini bir daha açıqlayıb, bunun hədəflərini müəyyənləşdirdi. Hakimiyyətə gətirmiş olduğu yeni komandanın fəaliyyətinin uğurlu tərəfləri üzərində dayandı. Əlbəttə ki, islahatların dönəm, ardıcıl və sistemli xarakter daşıdığını bir daha önə çəkdi. Xüsusi olaraq struktur dəyişikliyi ilə kadr islahatlarının bir-birini tamamlaması və bunların birinin digəri ilə eyniyyət təşkil etməsini vurğuladı. Cənab prezident bir daha söylədi ki, bir sıra hallarda problemləri onun diqqətinə çatdırmırlar. Özü də qeyd etdi ki, çünki bu, bəzi məmurların maraqlarına toxunur. Belə olan halda ölkə prezidenti çox haqlı olaraq söylədi ki, ictimai nəzarət güclənməli, bununla məsələlərə aydınlıq gətirilməlidir. Cənab prezident etiraf etdi ki, bəzi problemlər barəsində o, kütləvi informasiya vasitələrindən xəbər tutur. Cənab prezidentin bu fikirləri onu deməyə əsas verir ki, ölkə sözün həqiqi mənasında yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə prezidentinin siyasi iradəsi ortadadır və bu siyasi iradə Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarda biləcək strategiyanın reallaşmasına hesablanıb”.
Deputat bildirib ki, indiki komandanın bu vəzifələri yerinə yetirmək üçün fəaliyyətləri məqbuldur: “Arzu edərdik ki, müvəffəqiyyətdən baş gicəllənməsi olmasın. Cənab prezident çıxışı zamanı bir daha xatırlatdı ki, heç kimə güzəşt olmayacaq. Hər kəsə mesajını verdi ki, Azərbaycan xalqına xidmət etmək böyük şərəfdir. Kim Azərbaycan xalqına xidmət etməsə, özünün şəxsi maraqlarını önə çəkərsə, onların idarəçilikdə yeri olmayacaq və ciddi şəkildə cəzalanacaqlar. Artıq Ağstafa və Yevlaxın sabiq icra başçılarının taleyi hər kəsə bəllidir. Ümidvar olmaq istəyirəm ki, bütün məmurlar gedən proseslərdən özləri üçün ibrət dərsi götürəcəklər. Bəziləri başa düşməlidirlər ki, Azərbaycan artıq yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə isə ölkə prezidentinin siyasi iradəsi açıq şəkildə ortadadır. Nöqsanlara, ciddi səhvlərə, cinayətlərə yol verən heç bir məmur prezident tərəfindən bağışlanmayacaq və onlar nəinki işdən çıxarılacaq, eyni zamanda cəzalandırılacaqlar. Bu, məncə, ölkə prezidentinin müsahibəsində qırmızı xətlə özünü ifadə etdi”.
F.Ağamalı söyləyib ki, ölkə prezidenti icra başçılarını qəbul edən zaman xalqla virtual qaydada birbaşa təmasa girir: “Eyni zamanda məmurlara öz tapşırıqlarını verir. Ölkə prezidenti ilin yekunları ilə bağlı bir neçə telekanala müsahibə verdi. Bu müsahibə hesab edirəm ki, yeni formatdır və ölkə prezidenti ilə xalqımız arasında yaranmış olan körpünü yeni çalarlarla zənginləşdirir. Bu münasibətlərin daha da möhkəmlənməsində şübhəsiz ki, ölkə prezidentinin haqqında danışdığımız müsahibəsi özünün əhəmiyyətli rolunu oynayacaq”.
"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi
"İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq" - ABŞ Müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub
Putin İranın yen ali rəhbərini belə təbrik etdi: "Əminəm ki, Siz atanızın işini şərəflə davam etdirəcək və..."
58 mindən çox şagird buraxılış imtahanı verdi: 9 nəfərdə telefon aşkarlandı... - Cavablar nə vaxt elan ediləcək? (YENİLƏNİB)
Sabah yağış və qar yağacaq
Naxçıvana birbaşa uçuşlar bərpa olunub
Türkiyədə zəlzələ olub
Polis 4 nəfəri 43 kq narkotiklə saxlanılıb
Azərbaycan və İran arasında yüklərin daşınması bərpa olunub
Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb
İran mediası: yeni dini lider seçilib (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək
İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"
Ramazanın 19-cu gününün duası: imsak və iftar vaxtı
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb