"Onlar xəcalət çəkmirlər? Utanmırlar?" - Efirdə əlbəyaxa davaya reaksiya
18-12-2019 [15:44]
Son günlər meyxanaçı Aqşin Fateh və Ələkbər Yasamallı qalmaqalı gündəmdədir. Həmkarının ünvanına sərt fikirlər səsləndirən Ə.Yasamallı onu söhbətə çağırsa da, dünən onunla görüşüb və qalmaqala son verib.
Sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən bu məsələnin şou xarakterli, süni olduğu da iddia edilir. İstifadəçilərin fikrincə, meyxanaçılar süni qalmaqallar sayəsində gündəmdə olmağa çalışırlar.
Ümumiyyətlə, şou-biznesə nəzər yetirdikdə bundan başqa da süni qalmaqallara rast gəlmək olur. İllərdir şou-biznes nümayəndələrinin bir çoxu bu tip qalmaqallarla gündəmə gəlir. Sonradan həmin qalmaqalları izlədiyimiz zaman onların süni olduğunu ya görürük, ya da özləri qurulan səhnələrin, danışıqların süni olduğunu etiraf edirlər.
Bu tip qalmaqal yaradanlardan biri də Xalq artisti Səməd Səmədovdur.
Tanınmış müğənni həmkarı Əli Mirəliyevlə aralarında baş verən qalmaqalın şou xarakterli olduğunu sonradan etiraf edib: “O qalmaqal deyil, şoudur. Bir dəfə Əli ilə görüşdük. Mənə dedi ki, vaxt var idi sən məni müşayiət edirdin. İndi nə toyum, nə işim var, bəlkə mənə kömək edəsən. Çox fikirləşdik və ağlımıza belə bir mövzu gəldi. Dedim ki, Əli, bəlkə sən mənə “iliş”əsən? Şou yaratdıq. Əli mənim dostumdur, o, məni çox istəyir. Ailəsi, həyat yoldaşı, nəvələri ilə çox yaxınam”.
S.Səmədov 2014-cü ilin şou gündəminə damğa vuran Sevda Əliqızı ilə olan qalmaqalının da piar üçün edildiyini açıqlamışdı: “Sevda xanmla görüşürük, dost qalmışıq. O sadəcə şou idi”.
Verilişlərin birində əlbəyaxa dava edən aşıqlar - Namiq Fərhadoğlu ilə Fəzail Miskinli də sonradan bir araya gələrək, barışdıqlarını elan etmişdi. Namiqin canlı yayımda Fəzaili aşıq hesab etmədiyini söyləməsi sənətçilər arasında davaya səbəb olmuşdu. Sosial şəbəkələrdə müzakirə olunan bu qalmaqalın da süni olması ilə bağlı iddialar yayılmışdı.
Müğənnilərin belə hərəkətlərini qeyri-etik adlandıranlar, insanların aldatmağın düzgün olmadığını deyənlər də çoxdur.
Mövzu ilə bağlı Əməkdar artist Baloğlan Əşrəfovla əlaqə saxladıq. “Yeni Sabah”a danışan tanınmış müğənnimiz fikrini belə izah edib:
“Sözün açığı, mən bu günə qədər yalnız öz işimlə öz mahnılarımla məşğul olmuşam. Oxuduqca hiss edirsən ki, artıq yeni mahnılara ehtiyac var, yeni mahnılar yazdırırsan. Belə boş-boş şeylərlə bir həftə gündəmdə qalmaq olar, çox yox. Amma mahnılarınla, yeni layihələrlə daha çox. Mahnı ifa etmək, yeni mahnılar aranjıman etmək müğənninin yaşaması üçün bir vasitədir. Həyatım boyu elə şeylərlə məşğul olub gündəmə gəlməmişəm. Gic-gic danışıqlar, hərəkətlər və s. bunlar müvəqqəti şeylərdir. Sənət dayanıb, yaradıcılıq dayanıb, yeni mahnılar yoxdur, ancaq “hay-küy salım, gündəmdə qalım” düşüncəsindədirlər. Belə getməz, belə şey olmaz. Bu etik cəhətdən də yaxşı deyil. Nəyə lazımdır bunlar? Hər bir müğənninin özünün ailə tərkibi var, qohum-əqrəbası var, bəs onlar xəcalət çəkmirlər? Utanmırlar? Ayıbdır axı. Əgər bu sənətin sahibisənsə, müğənnisənsə, mahnı oxu, konsertlər ver, televiziya verilişlərində canlı oxu. Yoxsa, bu ona söz atsın, o buna söz atsın... Mən belə şeylərdən uzaq adamam.
Əməkdar artist gələn ildən yeni mahnılarla sevənlərinin görüşünə gələcəyini də deyib:
“3-4 yeni mahnı gəlir. Mənim özümün özüm üçün yazdığım mahnılarım var. İnşallah, bir az sakitçilik olsun, rahatlıq olsun onları lentə aldıracağam. Nəzərimdə yeni mahnılar var. Hələlik gözləyirəm, istəmirəm təzə nə isə oxuyum ki, deməsinlər “elə bu ildə qaldı”. İnşallah, 2020-dən yeni mahnılarım olacaq. Şükür ki, Allah həmişə mənə rəhm edib, qoruyur. Ən başlıcası isə səsimə dəyməyib, əsas odur”.
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı