Parlament seçkiləri: daha iki partiya seçkiyə qatıldı

img

17-12-2019 [16:46]


Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 11-ə çatıb.

Mia.az xəbər veirr ki, MSK-nin bu gün keçirilən iclasında daha iki partiyanın – Vahid Azərbaycan Partiyasının və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 9 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA