“Azərbaycan” nəşriyyatı: “Azadlıq”ın çapı dayandırılmayacaq"

img

10-09-2013 [17:12]


"Azadlıq” qəzetinin çapı dayanmayacaq” - sentyabrın 10-da "Media forum” saytına açıqlama verən "Azərbaycan” nəşriyyatının direktor müavini Bəsti İsmayılova belə deyib.

Bəsti İsmayılova "Azadlıq” qəzetinə güzəşt ediləcəyini bildirib: "Qəzetin çapı dayandırılmayacaq. Sadəcə, redaksiyaya şifahi xəbərdarlıq etmişik. Bu cür danışıqları vaxtaşırı aparırıq. Çünki 40 min manat çox böyük məbləğdir. Biz təsərrüfat hesablı kollektivik, əməkdaşlarımıza maaş verə, poliqrafiya materiallarını ala bilmirik. Əgər bir qəzetin nəşriyyata 40 min manat borcu varsa, deməli, nəşriyyat müflisləşməyə doğru gedə bilər. Bu səbəbdən biz tez-tez xəbərdarlıq edirik. Dünənki şifahi xəbərdarlıq da bu tipli idi. Yenə də deyirəm ki, qəzetin çapı dayandırılmayacaq”.

"Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev isə "Media forum” saytına deyib ki, nəşriyyat redaksiyanın bir sutka ərzində 10 min manat ödəyə bilməyəcəyini çox yaxşı bilir: "Hazırda qəzetimiz çox pis vəziyyətdədir. Necə gündür əməkdaşlarımıza heç cüzi məbləğdə də əməkhaqqı verə bilmirik. Nəşriyyat yaxşı bilir ki, biz heç o məbləğin yarısını toplaya bilmərik. Hər hansı məbləğin ödənilməsi üçün həmişə uzun vaxt qoyurdular. Ancaq bu dəfə birdən-birə 10 min manat tələb edilməsi hansısa təsirlərin nəticəsi ola bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR