Elmar Məmmədyarov Lavrovla mətbuat konfransında: "Münaqişənin həllinə mərhələli yanaşma ən düzgün addımdır"

img

03-12-2019 [13:24]


"Biz beynəlxalq məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etdik".

Bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ nizamlanması məsələsi həm Bakı ilə Moskva arasındakı ikitərəfli münasibətlər çərçivəsində, həm də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olduğuna görə çoxtərəfli münasibətlər çərçivəsində böyük və ciddi mövzudur.

"Münaqişənin həllinə mərhələli yanaşma ən düzgün addımdır", - nazir deyib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA