Fatih Terim: "Möcüzə etmək istəyirik"

img

09-09-2013 [13:45]


Türkiyə millisinin baş məşqçisi Fatih Terim "DÇ-2014"ün seçmə mərhələsində Rumıniya ilə matç öncəsi açıqlamalar verib.

Təcrübəli mütəxəssis tək hədəflərinin mümkünsüzü bacarmaq olduğu deyib: 

"Bu matç bizim üçün çox önəmlidir. Məqsədimiz həm oyunu, həm də insanların hörmətini qazanmaqdır. Hazırda heç kəsin istəmədiyi bir vəziyyətdəyik. Ancaq hazırkı millidə dəyişikliklər etmək yerinə, aşağı yaş qruplarını gücləndirmək niyyətindəyik. Hazırda ancaq möcüzə etmək istəyirik. Bunu da əldə edəcəyimizdən əminəm".

Terim həmçinin bildirib ki, milliyə nə zaman çağırılsa, həmişə o təklifləri qəbul edəcək: "Mənə ehtiyac olanda bunu düşünməyə ehtiyac yoxdur".

Qeyd edək ki, Rumıniya - Türkiyə matçı sentyabrın 10-da baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA