Kəmaləddin Heydərov Hollivud ulduzunu Bakıya gətirdi

img

06-09-2013 [18:46]


Hollivud ulduzu Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı "Milla"nın televiziya reklamında çəkilmək üçün bu gün səhər Bakıya gəlib.

Amerikan ulduz Milla Jovovich beynəlxalq səviyyədə şöhrəti "The Fifth Element", "Resident Evil" və "Return to the Blue Lagoon" filmlərindəki rolları sayəsində qazanıb. O, Rusiyadan və Serbiyadan olan valideynlərin ailəsində Ukraynada anadan olub və rus dilini öz ana dili hesab edir. O, bir çox məşhur dünya brendlərini tanıdıb və onlar üçün modellik edib.

Qeyd edək ki, "Milla" şirkəti fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusudur. Bununla bağlı 30gun.az- daxil olan məlumatlarda bildirilir ki, Milla Jovovichin Bakıya gətirilməsi Kəmaləddin Heydərova 4 milyon dollara başa gəlib. Hollivud ulduzunun hazırda "fövqəlnazir"ə məxsusu "Kempinski Badamdar" Hotelində qaldığı deyilir. Bundan əlavə məlumatlarda bildirilir ki, Milla Jovovich Qəbələyə də səfər edəcək. Məlumatlara görə, artıq Kəmaləddin Heydərovun tapşırığı ilə Qəbələdə Hollivud ulduzunun şərəfinə təmtəraqlı ziyafətin təşkil olunması üçün hazırlıq işləri aparılır. /virtualaz.org/

Digər xəbərlər
SON XƏBƏRLƏR