“Azadlıq”dan Rauf Arifoğlunun ittihamlarına cavab gəldi

img

06-09-2013 [13:10]



c
Rahim Hacıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Rauf Arifoğlu yazısında çox ağır bir ittihamla çıxış edib:

"Şübhəsiz ki, bu həmin adamları dəhşətli dərəcədə narahat edən ittihamdır. Onlar da "Azadlıq” qəzetində öz münasibətlərini bildiriblər. Yəni onlar ittihamlara cavab veriblər. Rauf Arifoğlu elə yazı ilə çıxış etməsəydi və kimlərsə onunla bağlı nəsə fikir desəydi, o halda zərurət yaranardı ki, onun fikri öyrənilsin. Məsələ yalnız bundan ibarətdir. Rauf bəy artıq adamlara qarşı mövqeyini ortaya qoyub”.

İki qəzet arasında tez-tez baş verən bu cür mübahisələrə də aydınlıq gətirən Rahim Hacıyev bildirib ki, bu metodoloji cəhətdən səhv yanaşmadır: " Siz bunu "Yeni Müsavat” və "Azadlıq” müstəvisinə qaldırırsınız. Rauf Arifoğlu adamlara qarşı ittiham irəli sürüb. Onlar da cavab veriblər. Bu Rauf Arifoğlu ilə o adamların arasında olan məsələdir. Dəfələrlə hansısa məsələlərlə bağlı Rauf Arifoğluya irad olunubsa , onun da mövqeyi olub. Amma bu dəfə Rauf Arifoğlu özü mövqe ortaya qoyub. Onlar da ona cavab veriblər. Bu "Yeni Müsavat”, "Azadlıq” davası deyil.

Rauf Arifoğlunu ona qarşı qərəz işlədildiyini iddia edir. Bu tamamilə əsassızdır. Rauf Arifoğlunun da qəzetində ən müxtəlif məsələlər, adamlarla bağlı fikirlər deyilir. Milli Şura ilə bağlı yazılara "Psixapatiya”, "Raxit təşkilat” adları qoyulub.

Bu da aydındır ki, adamlarda ciddi aqressiya yaradır”

Digər xəbərlər
SON XƏBƏRLƏR