"Azərbaycanla oyunda böyükhesablı qələbəyə ümid edirik"

img

06-09-2013 [12:06]


"Azərbaycanla oyun bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu görüşdə qələbədən başqa seçimimiz yoxdur".

Bu sözləri İsrail yığmasının hücumçusu Elyaniv Barda "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində millimizlə oyunöncəsi deyib. 

"Hapoel" (Be'er Şeva) klubunun futbolçusu millimizlə oyunda böyükhesablı qələbəyə ümid etdiklərini bildirib: "Azərbaycanla oyunda böyükhesablı qələbəyə ümid edirik. Lakin rəqib də futbol oynamağa çalışır. İlk oyunda onlar bizə çətin anlar yaşatmışdılar. Lakin azarkeşlərimizin bu işdə bizə yardım edəcəklərinə inanıram. Ümid edirəm ki, bizi dəstəkləməyə gələn hər kəsi xoşbəxt edə biləcəyik".

Qeyd edək ki, İsrail - Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq(qol.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA