14-11-2019 [15:37]
"Vergi sistemində çox ciddi islahatlar həyata keçirilib və bu öz bəhrəsini verməkdədir".
Bunu parlamentin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
Millət vəkili Vergi Məcəlləsində əqdlərlə bağlı dəyişikliyi müsbət qiymətləndirib: "Bu hər zaman mübahisə obyekti olub. Doğurdan da yalan əqdlər bağlamaqla, heç bir əmtəə, mal, xidmət olmadan kağız vasitəsilə müəyyən vəsaiti silmək, əlavə dəyər vergisini (ƏDV) gizlətmək adi hallara çevrilib. Bunun qarşısını almaq üçün Vergilər Nazirliyinin təqdim etdiyi məsələ çox vacibdir və qəbul olunmalıdır”.
O bildirib ki, dövlət büdcəsinin təxminən 4 milyard manatdan çox vəsaiti ƏDV-dən daxil olur: "ƏDV-də inzibatçılığın təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məsələ də Vergi Məcəlləsində dəyişiklikdə öz əksini tapıb”.
Millət vəkili sənaye parklarının7il müddətinə bütün vergilərdən azad edilməsinin daha 3 il müddətinə uzadılmasına etiraz edib: "Sənaye parkların salınmasına 3,3 milyard dollar xərclənib, 1,5 milyard manata yaxın məhsul istehsal olunub, 300 milyon manatdan çox məhsul xaricə ixrac edilib. Bizi nə məcbur edir ki, sənaye parklarının güzəştini daha 3il müddətinə uzadaq?
Onlar nə əmlak, nə də gəlir vergisi verirlər. 7 il müddət kifayət etmədi ki, bu sənaye parkları rentabelli vəziyyətə gəlib çıxsınlar? Orada yalnız özəl sektor deyil, dövlətin də vəsaiti var. Azərbaycan Dövlət Neft Şirkəti Sumqayıtda müəyyən sənaye müəssisələri yaradıb və kifayət qədər vəsait qoyub. Mən bu müddətin uzadılmasının əleyhinəyəm. Xahiş edirəm, bu məsələyə yenidən baxılsın. 7 il bəs edir ki, həmin sənaye parkları normal işləsin”.
V. Əhmədov bildirib ki, publik hüquqi şəxslər dövlət üçün bir bəladır: "Adını dəyişdiriblər, amma heç nə dəyişməyib. Faktiki olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatlardır. Onları da biz müəyyən müddətə görülən işlərdən və xidmətdən azad edirik. Bu nə ilə əlaqədardır, bunu da bilmək istərdim”.
Report
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR