12-11-2019 [13:59]
"Cənub Qaz Dəhlizi regionun enerji xəritəsini dəyişdirəcək. 2020-ci ildə Azərbaycanda neft-qaz sektorunda 1,6%, növbəti 3 ildə isə 3% artım proqnozlaşdırılır”.
Bunu Milli Məclisin bu gün keçirilən və büdcə müzakirələrinə həsr olunmuş plenar iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Bundan başqa, onun sözlərinə görə, gələn il büdcədə investisiya xərclərinin azaldılması nəzərdə tutulsa da, qeyri-neft sektoruna investisiyaların 11% artırılması planlaşdırılır.
"Ötən 10 ayda ölkədə qeydə alınmış əmək müqavilələrinin sayında 17% artım olub. Görülən işlər nəticəsində gələn il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olmayacaq. Bununla belə, hesab edirik ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünəməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”, - nazir əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda insanların tarixən fərdi sahibkarlığa və ticarətə meyli var: "Biz bu amili tam gücü ilə hərəkətə gətirməliyik. Bu sahədə qeyri-şəffaf amillər aradan qaldırılmalıdır. Biznesin dövlət tənzimlənməsi yükü daha da azaldılmalıdır. Mülkiyyət hüququnun daha etibarlı qorunması təmin edilməlidir. Bu olmadan rəqəmsal iqtisadiyyata inteqrasiya çətin olacaq. Yüksək neft gəlirləri dövründə dövlətin rolu post-neft dövründə dəyişir”.
Nazir bildirib ki, dövlət əmlakının səmərəli idarə edilməsi qarşıda duran vəzifələrdən biridir: "Dövlət şirkətləri aydın və dəqiq strategiyaya malik olmalı, onların dövlət büdcəsi üçün ağır yükə çevrilməsinin qarşısı alınmalıdır. Yeni, müvafiq standartlar bu sahəyə gətirilməlidir. Dünya rəqəmsal iqtisadiyyata doğru irəlləyir, bu sahədə insan kapilatının rolu artacaq. Ali peşə və biznesin sıx inteqrasiyası baş verməlidir. Təhsil əmək bazarına tam uyğunlaşması təmin edilməlidir. İnsanın kapitalının formalaşmasına yönələn tədbirlərin əhatə dairəsi genişləndiriəcək”.
M. Cabbarov qeyd edib ki, bank sektorunun sağlamlaşdırılmasının başa çatdırılması, biznesin maliyyə vəsaitlərinə çıxış etdirilməsi əhəmiyyətlidir: "Prezident tərəfindən uğurla həyata keçirilən siyasətlər, inqtisadiyyatın dayanıqlığınını qorunub saxlanılması üçün görülən tədbirlər növbəti ildə yeni iqtisadi model çərçivəsində əhalinin sosial durumunun daha da yaxşılaşmasına səbəb olacaq”.
Report
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR