Anar Yusifoğlu da İTV-dən çıxarıldı

img

03-09-2013 [16:34]


Tanınmış jurnalist, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu işdən çıxarılıb.

Bu barədə Modern.az saytına İTV-dəki mənbədən məlumat daxil olub. Bildirilib ki, Anar Yusifoğlu Cəmil Quliyevin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.

Məsələ ilə bağlı jurnalistin özü ilə əlaqə saxlamağa çalışsaq da, o telefonlara cavab verməyib.

Qeyd edək ki, Anar Yusifoğlu İTV-dəki fəaliyyətinədək "ANS” Müstəqil Teleradio Yayımları Şirkəti, "525-ci qəzet”, "Sara” Teleradio Şirkəti, "Qanun” jurnalında çalışıb.

A.Yusifoğlu bu gün İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətində işdən çıxarılan 3-cü şəxs olub. Belə ki, İTV sədrinin ictimai-siyasi məsələlər üzrə direktor müavini Oqtay Bayramov və Xəbərlər Departamentinin direktoru İlham Sərxanlı da bu gün vəzifəsindən azad olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA