“Eurovision-2014”ün keçiriləcəyi şəhərin adı açıqlandı

img

02-09-2013 [17:24]


"Eurovision-2014” mahnı müsabiqəsinin keçiriləcəyi şəhərin adı məlum oldu. MİA-nın eurovision.tv saytına istinadən verdiyi xəbərə görə, müsabiqə Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçiriləcək.

Bu gün səhər saatlarında Danimarka Televiziya və Radio Şirkətlər Birliyi tərəfindən müsabiqənin keçiriləcəyi yer və sloqanı açıqlanıb. "Bizə qoşul” adı altılnda keçiriləcək müsabiqənin keçirilməsi ilə bağlı bir neçə şəhər namizəd olsa da, Kopenhagenin üzərində dayanılıb.

Xatırladaq ki, Kopenhagen şəhəri artıq artıq iki dəfə - 1964 və 2001-ci illərdə bu yarışmaya ev sahibliyi edib. Həmçinin 2005-ci ildə yarışmanın 50 illiyinə həsr olunmuş konsert proqramı da bu şəhərdə baş tutub.
Qeyd edək ki, billet satışı və şəhərdəki otellər haqqında məlumat bu il məlum olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR