02-09-2013 [17:21]
Görüşlərdə layihənin rəhbəri Seymur Verdizadə, "Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri, layihənin koordinatoru Xaqani Səfəroğlu, layihə rəhbərinin köməkçisi Zaur İbrahimli, "Şəmkir Regional QHT-lərin Resurs və Təlim” İB-nin sədri Fuad Bədəlov iştirak edib. Tədbirdə 300-dən çox seçici iştirak edib.
Seymur Verdizadə seçkiləridə vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmaları üçün hər hansı problemin olmadığını bildirərək onların siyasi iradələrini azad şəkildə ifadə etmələri üçün yüksək şərait yaradıldığını vurğulayıb. O, toplantıda "Seçici fəallığı-azad, demokratik, ədalətli seçkilərin vacib amili kimi” mövzusunda məruzə ilə çıxış edib. Layihə rəhbəri bildirib ki, "9 oktyabrda Azərbaycan Respublikası Prezidenti seçkilərinin mütəşəkkil keçirilməsi hər bir vətəndaşın siyasi iradəsinin fəal şəkildə ifadəsindən, çox asılıdır. Seçicilərin hər biri fərqində olmalıdır ki, onların səsləri həlledici əhəmiyyətə malikdir. Seçici fəallığının yüksək olması azad, demokratik, ədalətli seçkilərin keçirilməsinin ən vacib amili kimi çıxış edir. Bu həm də o deməkdir ki, vətəndaşlar öz seçimlərinin məsuliyyətini və vacibliyini başa düşürlər. Siz yalnız dövlət başçısı seçmirsiniz, eyni zamanda konkret proqrama səs verirsiniz, gələcəyinizi necə görmək istədiyiniiz ifadə edirsiniz. Bu baxımdan hər bir vətəndaşın səsi, seçimi, 9 oktyabr seçkilərində öz mövqeyini ifadə etməsi böyük əhəmiyyət kəsb edir”.
Layihə koordinatoru X.Səfəroğlu isə "Seçki hüququ və vətəndaşların seçki prosesində iştirakı” mövzusunda məruzə edib. O, azad və ədalətli seçkilərdə iştirak hüququnun vətəndaşların fundamental hüquqlarından biri olduğunu bildirərək, seçki prosesinin ümumi, bərabər, ədalətli, gizli, azad, şəffaf və demokratik qaydada keçirilməsi üçün tələb olunan şərtlər və standartlar barədə ətraflı məlumat verib. Həmçinin, səsvermənin qaydaları, seçici siyahıları, prezident seçkilərinin nəticələrinin elan olunması ilə də bağlı qanunvericiliyin müddəalarına dair fikirlərini toplantı iştirakçıları ilə bölüşüb.
Qeyd edək ki, "Zərdabi Mətbuat Mərkəzi” İB, "Yeni Media Jurnalistləri” İB, "Media və Monitorinq Araşdırması” İB, "Əqli Mülkiyyətçilərə Kömək” İB, "Cəmiyyətin inkişafında vətəndaş məsuliyyəti” İB-ni birləşdirən "Azad və ədalətli seçkilər uğrunda” Jurnalist QHT Koalisiyası "2013-cü il prezident seçkilərinin monitoriniq” layihəsi çərçivəsində namizədlərin irəli sürülməsi, namizədlərin imzatoplama kampaniyası, onların qeydiyyatı prosesi, seçkiqabağı təbliğat və təşviqat kampaniyasında gündəlik nəşrlər və internet mediada seçkilərin işıqlandırılmasının monitorinqini aparacaq. Koalisiya eyni zamanda 9 oktyabrda 150 seçki məntəqəsində müşahidə prosesini həyata keçirəcək.
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - Direktor TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqladı və...
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN