Qurban Qurbanov AZAL-a məğlubiyyətdən danışdı

img

01-09-2013 [23:51]


"Bizim üçün ağır oyun oldu. Avroliqa ilə vidalaşsaq da, fikrimiz hələ də ordadır".

Mia.az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AZAL-la oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

Məğlubiyyətə baxmayaraq baş məşqçi futbolçularından narazı qalmayıb. Qeyd edib ki, Avroliqa oyunlarından sonra yaranan yorğunluq oyuna öz təsirini göstərib: "Oyunçularıma heç nə demirəm, nə lazımdırsa, etdilər. Qol imkanlarımız da oldu, lakin top qapıdan keçmədi. 9 saat yolda olduqdan sonra oyuna çıxmaq bizə çətin oldu. AZAL da bu gün yaxşı oynadı. Rəqibi qələbəyə görə təbrik edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA