Platini: "Fənərbaxça"ya qarşı heç bir qəsdimiz ola bilməz"

img

01-09-2013 [14:28]


 UEFA prezidenti Mişel Platini Türkiyənin "Fənərbaxça" klubunun avrokuboklardan kənarlaşdırılmasına münasibət bildirib.

 "TRTSpor"a danışan Platini verdikləri qərarın düzgün olduğunu bildirib:

 "UEFA olaraq danışılmış oyunlarla bağlı böyük mübarizə aparırıq. "Fənərbaxça" ilə bağlı Türkiyədən gələn bütün sənədlər, sübutlar əlimizə keçdi. Bu sənədləri də ən xırda detalına qədər araşdırdıq. Bundan sonra "Fənərbaxça"nın cəzalanması haqda qərar verdik. "Fənərbaxça"ya qarşı heç bir qəsdimiz ola bilməz. Rüşvətə güzəşt yoxdur. Bu mənada futbolçuların üzərinə də böyük yük düşür. Belə ki, heç bir futbolçu bu danışılmış oyunlarda iştirak etməməlidir. Əgər bu baş verərsə, onların karyeraları erkən bitə bilər".

 Qeyd edək ki, danışılmış oyunlarda iştirakı sübuta yetirilmiş "Fənərbaxça" klubu iki mövsümlük avrokuboklardan kənarlaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA