«Neftçi» darmadağın oldu, «Xəzər» seriyanı pozmadı

img

01-09-2013 [14:24]


«Neftçi» darmadağın oldu, «Xəzər» seriyanı pozmadı

 

Toşak uğursuzluğun qarşısını ala bilmir

 Dünən Topaz Premyer Liqanın V turunda "Sumqayıt" "Rəvan"ı qəbul edib. Matçın 50-ci dəqiqəsində hesabı açan "Rəvan" mövsümdə ilk xalını qazanıb - 1:0. 

 Günün ikinci qarşılaşmasında son iki oyunda məğlub olan "Qəbələ" uğursuzluq zolağından çıxa bilməyən "Xəzər Lənkəran"ı öz meydanında sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən "Qəbələ" mövsümdə üçüncü qələbəsini qazanıb. Bu məğlubiyyət isə onu göstərir ki, hətta təcrübəli baş məşqçi cənub komandasına «məlhəm» ola bilmir.

 Daha bir görüşdə isə "Bakı" "Neftçi"ni qəbul edib. Paytaxt derbisi 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Flaqmanın darmadağın olduğu qarşılaşmada qolları Rauf Əliyev (11), Əfran İsmayılov (32), Mario Alvares (69) vurublar.

 Tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq:

 20:00."Qarabağ” – AZAL

 20:00."İnter” – "Simurq”


Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA