"Fənərbaxça"nı Avropa Liqasında hansı komanda əvəzləyəcək?

img

29-08-2013 [00:10]


Beynəlxalq Arbitraj Məhkəməsinin 2 illik avrokuboklardan kənarlaşdırdığı "Fənərbaxça" klubunu bu mövsüm Avropa Liqasında hansı komandanın əvəzləyəcəyi hələlik məlum olmasa da, "Bursaspor" yenidən ümidlənib.

Artıq "Bursaspor" İstanbul klubunun yerinə turnirə qatılması ilə bağlı ali qitə qurumuna müraciət edib. "Fənərbaxça"nın əvəzləyicisinin digər ölkə təmsilçilərinin olacağı da istisna edilmir. 


Qeyd edək ki, "Bursaspor" Avroliqanın üçüncü təsnifat mərhələsində Serbiyanın "Voyvodina" klubuna məğlub olaraq mübarizəni dayandırmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA