UEFA “Qarabağ”la bağlı erməni təxribatına qarşı hərəkətə keçdi

img

28-08-2013 [15:14]


Azərbaycanın "Qarabağ” və Almaniyanın "Ayntraxt” klubları arasındakı qarşılaşmada ermənilərin törədəcəyi təxribatla bağlı UEFA tədbirlər görməyə başlayıb. Bu barədə Modern.az-a "Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.

Hazırda Frankfurta yola düşən komanda axşam rəsmi görüşdə məsələni yenidən müzakirə edəcək. Klub rəsmisinin sözlərinə görə, məsələ ilə bağlı xəbərdarlıq olunub.

"Axşam iclasda yenidən bu barədə müzakirələr aparacağıq. Bundan başqa "Ayntraxt”ın prezidenti Bakıya gəldiyi zaman Qarabağın işğal olunduğunu müsahibəsində də bildirmişdi. Bunun özü bir daha sübut edir ki, məsələ haqqında onlar yetərincə məlumatlıdırlar”.

Nurlan İbrahimov onu da bildirib ki, UEFA problemlə bağlı məlumatlandırılıb və təxribatın qarşısını almaq üçün bütün tamaşaçılar yoxlanılaraq stadiona buraxılacaqlar.

Qeyd edək ki, Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri Toğrul ƏzizModern.az-a demişdi ki, "Qarabağ”la Almaniyanın "Ayntraxt” klubunun oyunu zamanı erməni separatçılarının təxribat törədəcəkləri barədə onlarda məlumat var. Toğrul Əziz bununla bağlı "Qarabağ” Futbol Klubunun rəhbərliyinə müraciət edib.

"Ayntraxt” - "Qarabağ” oyunu avqustun 29-da baş tutacaq. Bakıdakı ilk görüşdə almanlar 2:0 hesabı ilə qalib gəliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA