Elmar Məmmədyarov argentinalı nazirlə müzakirə aparıb

img

23-09-2019 [18:19]


Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Argentinanın xarici işlər və etiqad naziri Xorxe Fori ilə görüşüb.

XİN-dən Mia.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Argentina arasında olan əlaqələrin cari vəziyyətindən razılıq ifadə olundu və Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin hazırkı durumu, gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərini münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini vurğulayıblar. Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Zirvə görüşündə Argentina nümayəndə heyətinin iştirakının məmnuniyyət doğuracağını həmkarının diqqətinə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA