FİFA-dan mavilərə dəstək

img

14-08-2013 [19:01]


Rusiyada cinsi azlıqlar əleyhinə qanun FİFA-nın narazılığına səbəb olub. Beynəlxalq futbol federasiyası Rusiyadan yeniyetmələr arasında homoseksuallığın təbliğatını qadağan edən qanun barədə daha ətraflı izahat tələb edib.

Qeyd edək ki, 2018-ci ildə futbol üzrə dünya çempionatının Rusiyada keçiriləcək olması qurumu narahat edir. Bundan əvvəl isə 2014-cü il Soçi Olimpiadası da bu cür təhlükəyə məruz qalmışdı. KİV-də fəalların bu oyunları boykot etməsi haqqında məlumatlar da yayılmışdı.

Təşkilatın mesajında Rusiya tərəfindən "Yeniyetmələr arasında homoseksuallığın təbliğatının qadağan olunması ilə bağlı” izahat istədiyi bildirilir.
Rusiya hakimiyyət orqanları və idman funksionerləri dəfələrlə bildiriblər ki, Soçi oyunlarında qeyri-adi oriyentasiyalı insanlara qarşı ayrı-seçkilik bu vaxta qədər olmayıb və bundan sonra da olmayacaq.Bütün idmançılar səmimiyyətlə qarşılanacaq. Amma,biz bütün idmançıları Rusiya qanunvericiliyinə əməl etməyə çağırırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA