Erotik filmə çəkilən azərbaycanlı aktrisanın əri danışdı

img

13-08-2013 [13:52]


"İlahi məxluq” filmində çəkildiyi erotik səhnəyə görə son vaxtlar tamaşaçılar tərəfindən qınaq obyektinə çevrilən aktrisa Vəfa Zeynalovanın boşanması ilə bağlı xəbər yayılıb.

Aktrisanın həyat yoldaşı Samir Rzayev Facebook şəbəkəsindəki profilində məsələyə münasibət bildirərək aralarında heç bir söz-söhbətin olmadığını və bu yazılanların onların sevgisinə mane ola bilməyəcəyini bildirib.

Profilində o, Vəfa Zeynalovaya müraciət edərək bunları yazıb: "Həyatım! Mənə maraqsızdır, kim nə deyir, kim nə yazır, kim nə fikirləşir! Sən mənim həyatımsan, balalarımın anasısan. Səni çox istəyirəm! Fikir vermə, öpdüm".

Xatırladaq ki, mətbuatda aktrisanın həyat yoldaşı Samir Rzayev bu hadisəni dözümsüzlüklə qarşıladığı, ailələrində başlayan söz-söhbət hətta boşanma səviyyəsinə çatdığı bildirilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib