05-09-2013 [13:13]
Tanınmış estrada ifaçısı Xuraman Şuşalının birdən-birə səhnəni tərk edərək hicablanması istər sənət adamları, istərsə də tamaşaçılar arasında birmənalı qarşılanmadı. Amma istənilən halda bir insanın haqq yoluna qədəm basması müsbət haldır. Elə sənətçi iləModern.azüçün müsahibəmizdə də bu barədə danışmışıq.
– Nə vaxt qərara aldınız ki, ibadət edəsiniz?
–Uşaqlıqdan bilirəm ki, ibadət Allahın bizə buyurduğu vacib əməllərdən biridir. 2005-ci ildən ibadət edirəm. Amma indi qıldığım namaz daha ürəyimcədir. O vaxt namaz qılsam da, şou-biznesdə idim.
– Bir neçə il öncə geyimləriniz qısa, açıq-saçıq idi. Həmin vaxt dərk edirdinizmi ki, bu cür ibadət doğru deyil?
– Allah şeytana lənət eləsin. Dərk edirdim. Amma elə bil imkan olmurdu. Allah eyibləri örtəndir. İstəmərəm ki, kiminsə eyiblərini açam. Sizdən də çox xahiş edərdim ki, sizdə hicabsız görüntülərim varsa, verməyin.
–Modern.az-da belə fotolar verilmir.
– Sizin vasitənizlə digər saytlara da müraciət edirəm. Mən o şəkillərə haram qoymuşam. Yenə də istəmərəm ki, elə şəkillərim yayımlansın. Bəzən görürsən ki, həmin şəkillərimi facebooka-a qoyub müzakirə edirlər. Səhvsiz insan yoxdur. Amma bu İslamı alçaltmaq deməkdir. Allah tövbə qapısını hər kəsə açıq edibsə, biz kimik kimisə müzakirə, təhqir edək.
–Həmin fotolarınız müzakirə olunanda içinizdə peşmançılıq hissi olurmu?
–Peşmançılıq olub ki, dinə-imana gəlmişəm. Allah hidayət edəndən sonra bəndə kimdir axı?!
– Ailə qurandan ibadət edirdiniz?
–Bəli. Mən onda kəbleyi xanım idim, artıq Kərbəlaya gedib qayıtmışdım. Bu adın məsuliyyəti var üzərimdə. Söhbət dini tituldan getmir. Ümumiyyətlə, zərrə qədər təkəbbürü olan insan cənnətə daxil ola bilməz.
– Siz ailə quranda səhnədə idiniz. Həyat yoldaşınızın ailəsi bunu necə qarşıladı?
–Normal. Əgər ailə qurmuşamsa, deməli qəbul olunmuşam.
– Ailə qurmağınız qəbul olunmaq deyil. Onun ailəsinə qarşı çıxaraq sizinlə evlənməsi də mümkündür.
–Həyat yoldaşım da ibadət əhlidir. İslamda isə valideynin razılığı vacibdir. Onların razılığı yoxdursa, o insan ailə qurmamalıdır.
– Sənət yoldaşlarınızdan kimlərisə İslama dəvət etmisiniz?
–Mən kiməm ki?! Allah özü hidayət eləsin.
– Amma siz bir vasitəçi ola bilərsiniz. Dində bu da savab sayılır.
–Başa düşürəm. Allah kimisə hidayət etməyəcəksə, nə qədər çalışsan da, onu hidayət edə bilməzsən.
– Bir bəndə kimi borcumuz kimisə dəvət etmək, vasitəçi olmaqdır.
–Maşallah ətrafımdakıların hamısı bilirlər ki, namaz, hicab, ibadət vacibdir. Mənim deməyim artıqdır. Bu insanın içindən gəlməli və Allah istəməlidir.
– Bilirsinizmi ki, bu gün də sizin örtünməyinizə kinayə ilə yanaşanlar var?
–Bu cılız insanların düşüncəsidir. İnsanın dərrakəsi, düşüncəsi yerində olsa, belə hərəkət etməz. Onlar başa düşmürlər ki, Allah bunu qəbul edəndən sonra onlar heç kimdirlər. Bilirsiniz ki, mən rayonlara xınayaxdılara, paltarbiçdilərə gedirəm. Məni daha çox hicabda olduğuma görə məclislərə dəvət edirlər. Çox ailələr bununla fəxr edirlər.
– Yəni hicablı olduğunuza görə dəvət olunursunuz?
–Hacı xanımların məclislərinə çox dəvət alıram. Həm də qiyməti aşağı etmişəm. Əvvəl "qonşudan qalma geri” prinsipi ilə gedirdim. Hətta olduğum məclislərin ofisiantları da xanımlardan olur. İndiki işimdə günah yoxdur.
– Ofisiantların da xanımlardan ibarət olması sizin ev sahibinin qarşısına qoyduğunuz şərtdir?
–Bəli.
– İndi məclislərə neçəyə gedirsiniz?
–4000 manata.
– Bəs əvvəl?
–5000.
– Cəmi min manat fərq var.
–Xanımlardan ibarət ofisiantlar, kəcavə, bəzək-düzək, musiqiçilər, kamera, foto, dizayn, rəqqasələr. İndi keyfiyyətli xanım musiqiçi tapmaq müşkül məsələdir.
– Konkret heyətiniz neçə nəfərdən ibarətdir?
–Çoxdur, saymamışam.
– Rəqqasələriniz milli geyimdə olurlar?
–Şamlarla rəqsimiz var, oriental rəqslər olur. Yəni məclislərə oriental rəqqasə də aparıram. Burda günah axtarmaq lazım deyil. Çünki məclisdə hər kəs xanımdır. Amma oriental rəqqasə olmaya da bilər.
– Sənətçi həmkarlarınız arasında ibadət edib içki məclislərinə gedən sənətçilərimiz var. Bu nə dərəcədə doğrudur?
–İçki olan yerə Allah lənət yağdırır və bəla gələndə həmin o insana da gələcək. Mən də ibadət edən vaxt elə məclislərə getmişəm. Əsas odur ki, sən Allaha bir addım atasan. Bu imanımızdan asılıdır. Güclü olub elə məclislərə getməməliyik. İnsan qarşısına məqsəd qoymalıdır. Mənim toyumda süfrədə içki yox idi. Amma sonradan xəbər tutdum ki, kimlərsə ofisiantlara pul verib içki aldırıblar. Deməli düzəlməyən insan düzəlmir.
– Evinizdə də hicablı olursunuz?
–Naməhrəm yanında hicablı oluram. Amma evdə ürəyim necə istəyir, elə də geyinirəm. Əksinə dində buyurulur ki, ailən üçün gözəl geyin, bəzən.
İntiqam VALEHOĞLU
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb