Qurban Qurbanov cəzalandırıldı

img

06-08-2013 [17:02]


"Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov cəzalandırılıb. 

AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, AFFA İntizam Komitəsinin avqustun 6-da keçirilmiş iclasının qərarına görə, avqustun 4-də keçirilmiş XXII Topaz Premyer Liqasının I turunun "İnter” – "Qarabağ” matçının 90-cı dəqiqəsində "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub 1000 manat cərimə olunub. 
Bundan başqa "Neftçi” – AZAL matçının 13 və 36-cı dəqiqələrində "Neftçi” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.

"Sumqayıt” – "Xəzər Lənkəran” matçının 64-cü dəqiqəsində "Xəzər Lənkəran” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA