"Qarabağ" yenə tarix yazır: "Gefle" də "əliboş döndü

img

02-08-2013 [00:33]


"Qarabağ” İsveçin "Gefle" klubunu Bakıda 1:0 hesabı ilə məğlub edib. Görüşdə yeganə qolu oyunun 90-cı dəqiqəsində Reynaldo vurub. Qeyd edək ki, iki komanda arasında cavab görüşü bir həftə sonra İsveçdə keçiriləcək.


***21.37

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ” da növbəti oyununa çıxıb.

Komandamızın bu dəfəki rəqibi İsveçin "Gefle” klubudu. Avrokuboklarda ilk dəfə üçüncü təsnifat mərhələsinə vəsiqə qazanan və İsveç çempionatının autsayderlərindən olan rəqibi ilə müqayisədə daha böyük Avropa təcrübəsinə malik Ağdam klubu bu komandanı da keçməyə borcludu.

Xatırladaq ki, "Qarabağ” bundan öncə Makedoniyanın "Metallurg” (hər iki oyunda 1:0) və Polşanın "Piast” (2:1, 2:2) klublarını mübarizədən kənarlaşdırmışdı.

"Qarabağ”la "Gefle” arasındakı cavab görüşü bir həftə sonra İsveçdə keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA