Toşak şokdadır: "45 ilə yaxındır futbolun içindəyəm, indiyədək belə şey görməmişdim”

img

26-07-2013 [01:30]


"Söz tapa, fikirlərimi izah edə bilmirəm. Öncə hesaba görə nəticəyə görə komanda azarkeşlərindən üzr istəyirəm. 45 ilə yaxındır futbolun içindəyəm, indiyədək belə şey görməmişdim”. 

Apasport.az saytının xəbərinə görə, bunu "Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Makkabi”yə məğlubiyyətdən sonra deyib.

Uelsli mütəxəssis 0:8 hesabı ilə uduzduqları oyuna şərh verməkdə çətinlik çəkdiyini bildirib: "Məsuliyyəti öz üzərimə götürürəm. Mən də nəticənin belə olmasını istəməzdim. Çox-çox üzr istəyirəm. İstefaya gəlincə, indi pis vəziyyətdəyəm. Ola bilsin bəzi futbolçular istefama sevinsin. Ola bilsin, baş məşqçi qaldı, həmin futbolçular getsin. 1 nəfəri göndərmək bütün komandanı göndərməkdən daha asandır. Onlardan bəziləri əvvəldən göndərilməli idi".

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA